Parisdə Bakının “Ekspo 2025”ə namizədliyinə dair yekun təqdimat olub
Tarix: 23.11.2018 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Parisdə Beynəlxalq Sərgilər Bürosunun 164-cü Baş Assambleyası çərçivəsində Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı yekun təqdimat keçirilib. AZƏRTAC xəbər verir ki, təqdimatda ölkəmizin keçmişi, bu günü və gələcəyi ilə bağlı üç nəslin nümayəndəsi çıxış edib. Zalda quraşdırılmış böyük ekranlarda ölkəmizin tarixi, mədəniyyəti, neft tarixi və sənayesi, eləcə də “Bakı Ekspo 2025” sərgisi üçün nəzərdə tutulan məkanı əks etdirən videolar nümayiş olunub.
Təqdimatın giriş hissəsində Vəfa Musayeva yaxşı gələcək naminə insanların bir-birinə, bəşəriyyətə, insan kapitalına, qurmağa, düşünməyə, yaratmağa ehtiyacları olduğunu bildirib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşdiyi, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə mehriban yaşadıqları ölkə olduğu vurğulanıb. Bildirilib ki, bu gün texnologiya və informasiya əsrində bütün dünya ölkələri kimi artım və dayanıqlılıq arasında tarazlığa nail olmaq, qloballaşma və dağıdıcı dəyişikliklər qarşısında unikal mədəniyyətimizi müdafiə etmək, insanların rifahını daha da yaxşılaşdırmaq üçün yardımımızı nəzərdən keçirmək kimi müxtəlif problemlərin cavabı insan kapitalı konsepsiyasındadır.
Məhz bu çağırışlara əsasən Bakı “Ekspo 2025” Ümumdünya Sərgisinə “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu seçib.
Ölkəmizin müstəqillikdən əvvəlki dövrü, neft tarixi haqqında isə Bakı sakini Pərviz Bağırov ətraflı məlumat verib. O, Xəzər dənizi sahillərində yerləşən ölkəmizin münbit torpaqlar, yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olduğunu diqqətə çatdırıb. Bildirilib ki, qədim İpək Yolu üzərində yerləşən Azərbaycan ən qədim sivilizasiya beşiklərindəndir. Bakının karbohidrogen ehtiyatlarından, sənaye üsulu ilə ilk neft quyusunun məhz paytaxtımızda qazılmasından, ilk dəfə dənizdən neftin Bakıda çıxarılmasından söz açılıb. Əvvəllər dünya üzrə xam neftin yarısının Bakıda hasil edildiyi diqqətə çatdırılıb. Bakının neft paytaxtı olduğu vurğulanıb.
Qeyd edilib ki, düz 100 il əvvəl müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda qurulub. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra Azərbaycan dili bir daha ana dilimiz olub. Xalqımız yenidən dünya xalqları ailəsinə qoşulub.
Memar Oleq Əmirbəyov ölkəmizin son illər sürətli inkişafından, yeni infrastrukturun yaradılmasından söz açıb. O, “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və Prezident İlham Əliyevin Bakı şəhərinin bəzi zonalarının yenidən qurulmasına dair irəli sürdüyü proqramdan danışıb.
Bundan başqa, Bakıdakı “Ağ Şəhər” layihəsindən, “Ekspo 2025” sərgisi üçün nəzərdə tutulan məkanın tikintisindən də söhbət açılıb. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), həyata keçirilən humanitar layihələr, ADA Universitetinin 60-dan çox inkişaf etməkdə olan ölkənin mütəxəssis və tələbələri üçün təqaüd proqramları barədə də söz açılıb. Heydər Əliyev Fondunun dünya mədəni irsinin qorunub saxlanılması və bərpası sahələrində həyata keçirdiyi layihələrdən danışılıb.
Tələbə Aliyə Əhədova gələcəyin texnologiyalar deyil, insan kapitalı olduğunu vurğulayıb. Buna görə də ölkəmizin “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusuna üstünlük verdiyini bildirib. Qeyd edilib ki, qlobal əhəmiyyətə malik bu mövzu hər bir fərdə, cəmiyyətə, eyni zamanda, ölkəyə öz müsbət təsirini göstərəcək. Yaradıcılığımız və biliklərimiz, istedad və təcrübəmiz, amalımız və arzularımız ilə insan kapitalı bütün bəşəriyyətin birgə potensialıdır. “Bakı Ekspo 2025”in cəmiyyətin hər bir sahəsinin insan intellektindən faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq.
Diqqətə çatdırılıb ki, “Bakı Ekspo 2025”in üç alt mövzusu Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəli olan istedad, sağlamlıq və nailiyyətdir. Bu alt mövzular haqqında ətraflı məlumat verilərək, Azərbaycan gəncliyini və gələcəyin səsini təmsil edən müxtəlif akademik profilli 25 gənc səfir sosial şəbəkələr vasitəsilə “insan kapitalını inkişaf etdirək” ismarıcını bütün dünyaya çatdıracaq. İyirmi mindən çox könüllünün “Ekspo 2025” Ümumdünya Sərgisi zamanı ziyarətçilərə yardım edəcəyi bildirilib.
Bakının elm və insan ruhunun birləşdiyi gənc şəhər olması, əvvəlki sərgilərdə uğurlu iştirakı vurğulanaraq iştirakçılara və ziyarətçilərə yeni təcrübə olacağı, Ümumdünya Sərgisinin bütün ehtiyac və tələblərə cavab verəcəyi diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycanın iqtisadi gücü və stabilliyi “Ekspo 2025” Ümumdünya Sərgisinin uğuruna təminat verir. Bakı böyük əks-səda verən beynəlxalq tədbirlərə ev sahibliyi baxımından zəngin təcrübəyə və səriştəyə malikdir.
“Ekspo 2025” sərgisinə milli layihə statusu verilib. Məhz bu səbəbdən Bakı bu sərginin 2025-ci ildə keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüş yeganə paytaxt şəhərdir.
Bakı “Ekspo 2025” Ümumdünya Sərgisi üçün yeni təyinat ölkəsi və yeni auditoriyadır. Bu, Şərqi Avropa, Qafqaz və Orta Asiya regionlarında ilk dəfə belə bir tədbirin keçirilməsi deməkdir.
Təklif etdiyimiz “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun həlli qlobal miqyasda tələb edilən və “Ekspo” Ümumdünya sərgilərində indiyədək müraciət edilməmiş mövzudur. Bakı son zamanlar “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhərlər arasında demoqrafiya baxımından ən cavan yaş strukturu olan (əhalisinin 65 faizindən çoxunun 40 yaşa çatmadığı) şəhərlərdəndir. Bakının bir çox mükafatlarla təltif edilmiş beşulduzlu hava limanı, yüksək keyfiyyətli nəqliyyat infrastrukturu var.
“Ekspo 2025” Ümumdünya Sərgisi bazar və inkişaf fürsətlərinə təkan verməklə, həmçinin bilikləri artırmaqla Azərbaycanın və regionun bacarıqlar və işgüzar fəaliyyət baxımından transformasiyasını sürətləndirəcək. Sərgi üçün ayrılmış 295 hektarlıq ərazi dövlət mülkiyyətindədir, maliyyə ilə təmin edilib və abadlıq işlərinə hazırdır. Bütün bu imkanların reallaşması üçün yeganə həll yolu Bakı şəhərinin namizədliyinə səs verməkdir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib
14.11.2019
Zaltsburqda Azərbaycanın fəxri konsulluğunun açılışı olub
13.11.2019
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır
13.11.2019
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13.11.2019
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info