Ana Birçal: Azərbaycan-Rumıniya əməkdaşlığının daha da inkişafı üçün geniş potensial var
Tarix: 23.11.2018 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial müdafiəsi naziri, Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Rumıniyada keçirilən Komissiyanın beşinci iclasında iştirak etmək üçün Buxarestdə səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Buxarest şəhərində yerləşən Heydər Əliyev Xiyabanına gələrək, xalqımızın Ümummilli Liderinin Xiyabandakı büstü önünə gül dəstələri düzüblər.
Nazir Sahil Babayev Komissiyanın Rumıniya tərəfindən yeni həmsədri, Rumıniyanın Baş nazirinin strateji əməkdaşlığın həyata keçirilməsi üzrə müavini xanım Ana Birçal ilə görüşüb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə dayanıqlı inkişafın təmin edildiyini diqqətə çatdıran nazir Azərbaycanın beynəlxalq əlaqələrin inkişafına, habelə Avropa İttifaqı ölkələri, o cümlədən Rumıniya ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Sahil Babayev ötən dövrdə Azərbaycan və Ruminiya prezidentlərinin qarşılıqlı səfərlərinin, imzalanan əməkdaşlıq sənədlərinin, xüsusilə 2009-cu ildə imzalanan “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin, həmçinin “strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə 2011-ci ildə imzalanan birgə Fəaliyyət Planı”nın iki ölkə arasında əlaqələrin inkişafına şərait yaratdığını vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan Avropanın vacib və etibarlı tərəfdaşı olaraq Avropanın enerji təhülkəsizliyinə əhəmiyyətli töhfələr verir. Bu məqsədlə ölkəmiz ötən dövrdə enerji ixrac marşrutlarını da şaxələndirib. İki ölkə arasında enerji, investisiya, neft və neft-kimya məhsullarının tədarükü sahələrində əməkdaşlığın inkişaf etdiyini bildirən nazir SOCAR tərəfindən icra olunan mühüm layihələrdən bəhs edib. O, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə əlaqələrin də genişləndiyini də diqqətə çatdırıb.
Xanım A.Birçal ölkəsinin Azərbaycan ilə əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluğunu ifadə edib. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan A.Birçal ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin ikitərəfli strateji tərəfdaşlığa yeni töhfələr verəcəyinə əminliyini bildirib. O, Komissiyanın beşinci iclasının bu istiqamətdə növbəti mühüm addımların atılmasına xidmət etdiyini deyib.
Görüşdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, Müştərək Komissiyanın qarşısında duran vəzifələr müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi
30.11.2020
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info