“AzerTelecom” “Bakutel 2018” sərgisində iştirak edəcək
Tarix: 23.11.2018 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom” cari ilin 4-7 dekabr tarixlərində Bakıda keçiriləcək "Bakutel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında iştirak edəcək.
Artıq ənənəvi olaraq hər il keçirilən "Baku Tel 2018” sərgisində şirkətin ayrıca stendlə iştirak məqsədi geniş çeşidli telekommunikasiya xidmətlərinin və həllərinin sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsidir. Sərgi çərçivəsində həmçinin müxtəlif yerli və xarici şirkətlərin nümayəndələri ilə faydalı fikir və təcrübə mübadiləsinin aparılması, tərəfdaşlarla mövcud əlaqələrin daha da genişləndirilməsi və yeni biznes əlaqələrin qurulması nəzərdə tutulub.
Şirkət təqdim etdiyi məhsul və həllər barədə ətraflı məlumat əldə etmək üçün bütün potensial müştəriləri və tərəfdaşları öz stendini ziyarət etməyə dəvət edir.
Qeyd edək ki, Baku Expo mərkəzində keçirilən sərgidə bu il dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar vardır. Sərgidə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş etdiriləcək.
"AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib
15.11.2019
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb
15.11.2019
Laçınlı məcburi köçkünlər bu günədək 841 hektar sahədə payızlıq səpin aparıblar
15.11.2019
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info