Ədliyyə naziri bir sıra beynəlxalq görüşlər keçirib
Tarix: 23.11.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Türkiyənin ədliyyə naziri Abdulhamit Gül, Belarusun ədliyyə naziri Oleq Slijevski, Gürcüstan ədliyyə nazirinin birinci müavini Mikheil Sarjveladze, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Georq Stava ölkəmizdə səfərdə olublar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar konfransda çıxış edərək hüquqi dövlətdə ədliyyə sisteminin mühüm rolunu, Azərbaycan ədliyyəsinin davamlı inkişafını və əldə etdiyi nailiyyətləri, ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın səmərəsini, faydalı təcrübə mübadiləsinin aparılmasını vurğulayıb, tədbirin yüksək səviyyədə təşkil olunduğu diqqətə çatdıraraq, Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə təbriklərini ifadə ediblər.
CEPEJ-in prezidenti qeyd edib ki, ölkəmiz Avropa dövlətləri arasında məhkəmə sahəsində ən dinamik inkişaf edən dövlətlərdəndir və müasir məhkəmə infrastrukturunun yaradılması, məhkəmə sistemində qabaqcıl İKT-lərin tətbiqi və məhkəmələrdə elektron əlçatanlığın artırılması sahəsində ön sıralarda dayanır. O, bu sahədə həyata keçirilən layihələrin digər dövlətlərə örnək kimi təbliğ olunduğunu bildirib, Azərbaycanın müsbət təcrübəsindən artıq bir çox dövlətlərin, o cümlədən Avstriyanın istifadə etdiyini vurğulayıb.
Konfrans çərçivəsində Türkiyənin və Belarusun ədliyyə nazirləri, Gürcüstanın ədliyyə nazirinin birinci müavini və CEPEJ-in prezidenti ilə respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun görüşləri keçirilib.
Görüşlərdə qonaqlar dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb, qarşılıqlı fəaliyyətin inkişafından məmnunluqlarını ifadə ediblər. Qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlara böyük maraq göstərərək əldə olunan nailiyyətləri təqdir edib, bu sahədə ölkəmizin müsbət təcrübəsinin digər dövlətlərə nümunə olduğunu vurğulayıblar. Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivlərinə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Tədbirlərdə Azərbaycanın baş prokuroru Zakir Qaralov və digər məsul şəxslər iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21.11.2019
“Uşaqların fiziki və emosional zorakılığa məruz qalmaları məhz ailədə olur”
21.11.2019
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21.11.2019
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21.11.2019
Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info