Rusiya Böyük Teatrının solisti Elçin Əzizova “Xalq artisti” fəxri adının vəsiqəsi və nişanı təqdim edilib
Tarix: 23.11.2018 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın və Rusiyanın tanınmış opera müğənnisi Elçin Əzizova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsini və döş nişanını təqdim edib.
AZƏRTAC xəbər verir ki, noyabrın 22-də Rusiya Dövlət Akademik Böyük Teatrının tarixi səhnəsində P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operası göstərilib. Tamaşada iki əsas kişi rolunu Elçin Əzizov və Yusif Eyvazov yüksək səviyyədə ifa ediblər.
Tamaşa qurtarandan sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə çıxaraq Elçin Əzizova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsini və döş nişanını təqdim edib.
Səfir deyib: “Mən, ilk növbədə, Böyük Teatrın müdiriyyətinə təşəkkürümü bildirmək istəyirəm ki, onlar mənə Prezident İlham Heydər oğlu Əliyevin tapşırığını yerinə yetirmək və Elçin Əzizova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsini və döş nişanını təqdim etmək imkanı veriblər. Elçin Əzizov və Yusif Eyvazov eyni gündə təltif olunublar. Yusif Eyvazova bu mükafatı bizim Böyük Britaniyadakı səfirimiz təqdim edib, bu yüksək adın vəsiqəsini və döş nişanını Moskvada, Böyük Teatrın binasında təqdim etmək şərəfi isə mənə qismət olub”.
Polad Bülbüloğlu söyləyib ki, hələ 1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti günləri keçirilərkən böyük Bülbül Böyük Teatrın bu tarixi səhnəsində oxuyub. O deyib: “Mən çox həyəcanlıyam, çünki bu səhnə mənim üçün böyük əhəmiyyət kəsb edir. Səksən il bundan əvvəl, 1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti ongünlüyündə mənim atam Bülbül bu səhnədə əfsanəvi xalq qəhrəmanı Koroğlu rolunda çıxış edib. Bu gün, o tarixdən 80 il keçəndən sonra Böyük Teatrın səhnəsində böyük rus bəstəkarı Pyotr İliç Çaykovskinin operasında iki azərbaycanlı parlaq çıxış edir. Bu, Azərbaycan vokal məktəbinin böyük uğurudur. Mən bu gün bütün dünya səhnələrində oxuyan Elçin Əzizovu, Yusif Eyvazovu, Dinara Əliyevanı təbrik etmək istəyirəm. Gəlin bizim solistlərə, bu səhnədə olanların hamısına böyük uğurlar diləyək”.
Elçin Əzizov onun əməyinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Müğənni səhnədən deyib: “Mənim əməyimin yüksək qiymətləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Tamaşaçılara və kollektivə dərin ehtiramımı bildirirəm. Həm mənim, həm də sizin hamınızın sevimlisi olan Polad Bülbüloğluna ayrıca təşəkkür edirəm”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Böyük Teatrın solisti Elçin Əzizova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
16.11.2019
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15.11.2019
Azərbaycanlı qonaqlar Özbəkistanda İçən-Qala dövlət qoruğunu ziyarət ediblər
15.11.2019
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”: VİDEO
14.11.2019
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info