İmişlidə aztəminatlı ailələr üçün meyvə bağları salınıb
Tarix: 23.11.2018 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Noyabrın 23-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü ilə İmişlidə aztəminatlı ailələr üçün meyvə bağı salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə İmişlinin Otuziki kəndi ərazisində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev IDEA İctimai Birliyinin son illər regionlarda həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib, yeni salınmış nar bağlarının sənədlərini üç aztəminatlı ailənin başçısına təqdim edib.
Bildirilib ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə salınan nar bağı ekoloji tarazlığın qorunmasında mühüm əhəmiyyət kəsb edəcək. Qeyd olunub ki, bu layihə həm də iqtisadi mahiyyət daşıyır. Bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azalmasına da töhfə verəcək. Nar bağının salınması üçün İmişli rayonunun Otuziki kəndi ərazisində iki hektar sahə ayrılıb. Aksiya zamanı 200 nəfər yerli fəal gəncin iştirakı ilə ərazidə 1000 ədəd nar tingi əkilib. Yeni salınan nar bağları aztəminatlı ailələrin başçıları Tahir Abbasov, Rövşən Abbasov və Rüfət Abbasov arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Aztəminatlı ailələr nar bağına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağları İsmayıllı, daha sonra Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba və Qəbələ rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin istifadəsinə verilib.
Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 17 min 248-ə yaxın meyvə ağacı əkilib və 50 aztəminatlı ailəyə təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
09.11.2019
İnsanlar hansı yaşda işdən getməlidir?
09.11.2019
Vilayət Eyvazov paytaxt sakinlərini qəbul edib
09.11.2019
Nazirlər Kabineti sürücülük vəsiqələrinə dəyişiklik etdi
09.11.2019
Avtomobillərdə pərdə və plyonka qadağası ləğv edilir?– VİDEO
08.11.2019
14200 vakant iş yeri var: ixtisaslı işçi qüvvəsinə tələbat olduqca çoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10941

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info