Bakı şəhər 14 saylı Vəkil Bürosu istifadəyə verilib
Tarix: 23.11.2018 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Noyabrın 23-də Bakı şəhəri 14 saylı Vəkil Bürosunun yeni ofisi əsaslı təmirdən sonra istifadəyə verilib. Vəkillər Kollegiyasından bildiriblər ki, qurumun sədri Anar Bağırov, müavinləri Aydın Axundov və Pərviz Ələkbərov görülmüş işlərlə tanış olublar.
Büronun müdiri Telman Qasımov yaradılan şərait barədə məlumat verib, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqla təchiz olunduğunu bildirib.
A.Bağırov vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini vurğulayıb. O, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamında əksini tapdığını bildirib.
Sədr respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışıb.
Bundan başqa, görüşdə büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib. Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problem və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verib, sualları cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisini şəxsi heyətə təqdim edib
19.11.2019
ADRA əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verib
19.11.2019
DİN polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
19.11.2019
ADRA əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info