“Aksam.com.tr”: İbrahim Kalın: “Ermənistan işğalının sona çatması lazımdır”
Tarix: 23.11.2018 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Türkiyə mediasında Yıldırım Beyazit Universitetində təşkil olunan “Türkiyə-Rusiya əlaqələri: Gələcəyi müəyyənləşdirmək” adlı konfransda çıxış edən Prezidentin mətbuat xidmətinin rəhbəri İbrahim Kalının bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları yer alıb.
“Aksam.com.tr”: İbrahim Kalın: “Ermənistan işğalının sona çatması lazımdır” başlıqlı yazıda göstərilir ki, Azərbaycan-Ermənistan münaqişəsinə də toxunan İ.Kalın Dağlıq Qarabağ məsələsinin həllində Minsk qrupu çərçivəsində Rusiya Federasiyanın üzərinə önəmli bir rol düşdüyünü bildirib: “1992-ci ildə qurulan Minsk qrupu, təəssüf ki, indiyədək gözlənilən nəticəni təqdim edə bilmədiyi üçün Dağlıq Qarabağ məsələsi Qafqazda dondurulmuş bir böhran kimi qalmaqdadır. Bizim mövqeyimiz bu məsələdə konkretdir. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi və Qafqazda yeni bir sülh şəraitinin təmin olunması üçün bir sıra cəhdlərimiz oldu. Burada rusiyalı məsləkdaşlarımızla sıx çalışdıq. Lakin yenə bəziləri müdaxilə etdi və nəticəsiz qaldı. Azərbaycan torpaqlarının artıq təhvil verilməsi, Ermənistan işğalının sona çatması lazımdır. Bu reallaşdığı zaman bundan ən çox Ermənistan istifadə edəcək. Bu məsələnin həlli hamıdan çox Ermənistanın xeyrinə olacaq və Qafqazda yeni bir sabitlik, sülh şəraitinin yaranmasını təmin edəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
“Sərhədi qorumağa ordumuz yoxdur...“ – Robert Köçəryan
05.12.2020
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
04.12.2020
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb
04.12.2020
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
04.12.2020
Yeni müharibə başlaya bilər: Ermənilər ölkəni tərk edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info