“Hüquqlar – hamı üçün!”
Tarix: 23.11.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Dövlət siyasəti ölkəmizdə insan hüquqlarının qorunmasına təminat verir


BMT-nin Baş Məclisi tərəfindən 1948-ci ildə qəbul olunan İnsan Hüquqları Haqqında Bəyannamə insan hüquq və azadlıqları üçün böyük əhəmiyyət daşıyır və bu Bəyannamə demək olar ki, bütün dövlətlərin konstitusiyalarında, qanunvericilik aktında öz əksini tapıb. Heç bir ayrı-seçkiliyə yol verilməyən bu sənəd ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

İnsan hüquqları sahəsində dinamik inkişaf mərhələsi

1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, strateji islahatların, qanunvericiliyin, iqtisadi, sosial sistemlərin sürətlə dəyişən şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində dinamik inkişaf mərhələsi açdı. 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev oldu. Onun sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin Əsas Qanununun qəbul olunması Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasına mühüm təkan oldu. Azərbaycanın konstitusiyası çox mütərəqqidir və insan hüquq və azadlıqlarına çox böyük yer ayrılıb. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra, ölkədə bu sahədə demokratik, hüquqi islahatların həyata keçirilməsi və insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər sistemi yenidən qurulub. 2001-ci ildə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalanıb.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çoxsaylı beynəlxalq konvensiyaya qoşulub və ölkəmizdə insanların hüquqlarını təmin edən qanunvericilik aktları qəbul edilib, dini inanclar qanunla qorunur. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquqları təmin edilir. Bu gün artıq ölkəmizdə Ombudsman İnstitutu möhkəmlənib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq, Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları Aylığı elan olunub. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 18 may - 18 iyun tarixlərində keçirilən İnsan Hüquqları Aylığı çərçivəsində Bakı və regionlarda silsilə tədbirlər təşkil olunur. Bundan başqa, dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub.
Təsadüfi deyil ki, ilk dəfə Şərq ölkələri arasında ölüm hökmü məhz Azərbaycanda ləğv edilib və insan hüquqlarının qorunması üçün ölkəmizdə atılan əsas addımlardan biri də bu olub.
Bu gün bir faktdır ki, ölkəmizə qarşı həyata keçirilən işğalçılıq siyasəti nəticəsində yüz minlərlə insanın hüquqları pozulub. Torpaqlarımızın 20 faizindən çoxunun erməni işğalçıları tərəfindən tutulması 1 milyondan çox insanın öz yuvalarından qaçqın və məcburi köçkün düşməsinə səbəb olub. Bir çox ölkələrin parlamentində "Xocalı soyqırımı" faktının tanınması ilə bağlı sənədlər qəbul olunub və hazırda da bu proses aktiv şəkildə davam edir. Xocalıda hüquqları pozulan insanların hüquqlarının bərpası istiqamətində mühüm addımlar atılır. Ölkə rəhbərliyi istər işğal olunmuş ərazilərdə yaşayan insanların, istərsə də Xocalı soyqırımına məruz qalan vətəndaşların hüquqlarının qorunması ilə bağlı mühüm işlər görür. Görülən işlərin nəticəsidir ki, bir çox ölkələr Xocalı faciəsini soyqırımı kimi tanıyır və Ermənistanı qınayır.

Ombudsman fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaq hüquqlarının müdafiəsidir

Bu gün Azərbaycanda gender bərabərliyinin təmin ediləsi, cinsi ayrı-seçkiliyin aradan qaldırılması, qadın hüquqlarının təmin edilməsi istiqamətlərdə güclü qanunvericilik bazası mövcuddur. Hazırda Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır ki, qadınların təhsil alması məsələsində heç bir məhdudiyyət və ayrı-seçkilik mövcud deyil. Eləcə də ölkəmizdə fiziki məhdudiyyəti olan insanların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılır. 2006-cı ildə BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası qəbul olunub ki, Azərbaycan bu konvensiyanı 2008-ci ildə ildə ratifikasiya edib. Bundan başqa, uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Məhz bu prinsipləri nəzərə alaraq uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq sənədlər qəbul edilib. Uşaq Hüquqları Konvensiyası insan hüquqlarının mülki, mədəni, iqtisadi, siyasi və sosial da daxil olmaqla bütün növlərini özündə birləşdirən və ölkələri öhdəliklərlə bağlayan ilk hüquqi sənəddir.
Uşaqların hüquqlarının müdafiəsi sahəsində Azərbaycan bir sıra müqavilələrə, o cümlədən 1992-ci ildə Uşaq Hüquqları Konvensiyasına qoşulub. Respublikamızın Konstitusiyasında da Uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir. Milli qanunvericilik sistemində bir sıra hüquqi islahatlar keçirilib. 1989-cu ildə “Uşaq hüquqları haqqında” qanun qəbul edilib. Bu qanun ölkəmizdə uşaqların hüquq və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Ölkədə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqlarının bərpasından ibarətdir. BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyəni nəzərə alaraq 2006-cı ildə Müvəkkil yanında Uşaq Hüquqları Mərkəzi yaradılıb. Ölkə başçısının sərəncamı ilə 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilib. O cümlədən ölkədə 30-dan artıq xüsusi dövlət proqramı reallaşdırılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlarla bağlı xüsusi tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü ilə nəinki uşaqların təhsili, eləcə də onların sağlamlığı istiqamətində də bir çox işlər görülür. Beləliklə, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası formalaşıb. Hazırda Azərbaycan dövləti şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazırdır. Bu baxımdan, respublikada ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir. Hazırda orta məktəblərdə uşaq hüquqlarının qorunması ilə bağlı dərslər keçirilir, uşaqlara hüquqları öyrədilir. O cümlədən universitetlərdə də bu istiqamətdə maarifləndirmə işləri aparılır.
Bu günlərdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının Azərbaycan hökuməti tərəfindən ratifikasiya olunmasının 26-cı ildönümü münasibətilə “Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, insan hüquqları, o cümlədən uşaq hüquqlarının müdafiəsi istiqamətində də geniş islahatlar aparılıb. Əsası ulu öndər tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hüquqlarının müdafiəsinə, onların sağlamlığına, təhsilinə, yüksək mənəvi-əxlaqi, milli dəyərlər əsasında təlim-tərbiyə alaraq hərtərəfli inkişafına xidmət edir. Bu sahədə hər zaman təşəbbüsləri ilə uşaqları sevindirən ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, dövlətimizdə ali məqsədlərdən olan uşaq hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində Ombudsman təsisatı tərəfindən də innovativ təşəbbüslər əsasında müntəzəm silsilə tədbirlər keçirilir. Ombudsman Aparatında və regional mərkəzlərdə uşaq hüquqları üzrə müşavirlər, 916 qaynar xətt xidməti, uşaq hüquqları resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və bu təşkilatın nəzdində Liderlik Məktəbi fəaliyyət göstərir. Ombudsman uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların, valideynlərin və onlarla işləyən şəxslərin maarifləndirilməsi, uşaq hüquq pozuntularının aradan qaldırılması, uşaq müəssisələrinin monitorinqi istiqamətində müvafiq dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqda müntəzəm fəaliyyət göstərdiyini bildirib.

Nigar Abdullayeva
Ombudsman Aparatının elan etdiyi Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist müsabiqəsinə təqdim etmək üçün




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb
21.11.2019
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21.11.2019
“Uşaqların fiziki və emosional zorakılığa məruz qalmaları məhz ailədə olur”
21.11.2019
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21.11.2019
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info