Suren Sarkisyan: “Azərbaycan KTMT ölkələri üçün Ermənistandan daha vacibdir“
Tarix: 23.11.2018 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu il dekabrın 1-dən etibarən Qafqaz-Poti-Qafqaz xəttində müntəzəm trafiki müvəqqəti olaraq dayandıracağı barədə məlumat yayıb. Təbii ki, belə olan halda, Ermənistanı hansı aqibətin gözlədiyini təsəvvür etmək çətin deyil. 2019-cu ilin oktyabrından etibarən Gürcüstan hökuməti tərəfindən ölkə ərazisindən taxıl yüklərinin daşınmasına qarşı tətbiq edəcək qadağanı xatırladan “Lragir.am” saytı bunun Ermənistan üçün acı nəticələr verə biləcəyini xatırladır. Maraqlıdır ki, ermənilər bunun günahını, həmişə olduğu kimi, yenə də kənarda axtarmağa çalışırlar. Sayt bütün bunların günahını qonşu ölkələrdə görür. Hətta Gürcüstan ərazisini Azərbaycan və Türkiyənin Ermənistana qarşı siyasi mübarizəsində “əlverişli platforma” hesab edir. Gürcüstan ərazisindən keçən kommunikasiyalarda Azərbaycanın maraqları barədə məlumatlar “əldə etdiyini bildirən” sayt yazır: «Ermənistanın bütün strateji kommunikasiyalarının Rusiya tərəfindən idarə olunduğunu nəzərə alsaq, onda taxıl məsələsi 100 illik regional status-kvonun iqtisadi kontekstində nəzərdən keçirilməlidir. Çünki məhz Rusiya 100 il bundan əvvəl Türkiyə ilə əlbir olaraq erməni torpaqlarını öz aralarında böldüyünə görə, indi Ermənistan bu çətinliklərlə üz-üzə qalıb (?)”.
Təbii ki, saytın qeyd etdikləri yenilik deyil. “Bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış» (A.S.Qriboyedov) bu millət çətin anda öz hiyləgərliklərindən “yararlanmaqda” çox mahirdir. Hazırda bu ölkənin KTMT-də üzləşdiyi problem də bu xalqın yeni rəhbərinin səbatsız siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir. Onlar rusiyalı jurnalist Sergey Dorenko da daxil olmaqla Ermənistan barədə deyilən həqiqətləri özləri üçün təhqir kimi qəbul edirlər.
Məlumdur ki, KTMT-də baş katiblik postunu rusiyalı Valeriy Semerikov müvəqqəti olaraq icra etsə də, bu post hələ ki, boşdur. Ermənilər yenidən bu postu tutmağa ümidli olsalar da, təşkilat daxilindəki vəziyyət başqa məqamlardan xəbər verir. Məsələn, “Panorama. Am” saytına açıqlama verən erməni ekspert Suren Sarkisyan ölkəsinin yenidən təşkilatdakı bu posta sahib ola biləcəyini o qədər də real saymır: “Əgər təşkilatda fikir birliyi mövcud deyilsə, Rusiya nümayəndəsi baş katib kimi fəaliyyətini davam etdirəcək”. Sarkisyan hazırda vaxtın da Ermənistanın xeyrinə olmadığını bildirir: “Mən baş katibliyin Belarusa keçməsi üçün Belarus və Qazaxıstan prezidentlərinin bir-birini dəstəklədiyini düşünürəm». Saytın Azərbaycanın nə vaxtsa KTMT sıralarına qoşulması ilə bağlı sualını cavablandıran erməni ekspert bunu istisna etmir: “Etiraf edilməlidir ki, Azərbaycan həm iqtisadi, həm siyasi, həm də strateji göstəricilərinə görə, KTMT üçün Ermənistandan daha da çox önəm kəsb edir. Unutmayaq ki, Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi Ermənistanla bu ölkə arasındakı ticarət dövriyyəsindən daha çoxdur. Bu göstəricini Rusiya və Qazaxıstanla münasibətlərə də şamil etmək olar. Onar görə KTMT-yə Ermənistanla müqayisədə Azərbaycanla əməkdaşlıq etmək daha çox sərf edir. Bu gün Azərbaycanın KTMT-yə təsir göstərməsi də şübhə doğurmur. Mən bu təşkilatda Azərbaycana Ermənistandan daha çox dəyər verildiyini istisna etmirəm”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Ermənilərin ölkədən köçü davam edir
10.11.2019
“Hesabat baş nazir Nikol Paşinyandan sorulmalıdır”.
09.11.2019
İqtisadçı: “Erməni işsizlər ölkəni tərk etməkdə davam edirlər“
09.11.2019
Suren Sarkisyan: “Tramp erməniləri yenə məyus etdi”
08.11.2019
Ermənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info