İqor Pankratenko: “Bakı və Aşqabad nəqliyyat sxemlərini inkişaf etdirməyi vacib hesab edirlər”
Tarix: 23.11.2018 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“Bütün halda nəqliyyat layihələrinə tələbat olacaq. Böyük maliyyə imkanlarına malik olan Çin bu layihələrdən istifadə etməkdən məmnundur”

“Tərəflər “Lazur yolu dəhlizi” – Əfqanıstan - Türkmənistan - Azərbaycan – Gürcüstan - Türkiyə və Türkmənistan - Azərbaycan – Gürcüstan - Rumıniya dəhlizinin inkişaf etdirilməsi ilə bağlı qərarlarını rəsmiləşdirdilər”
Azərbaycan dövlət başçısının Türkmənistana səfəri çərçivəsində bir sıra vacib sənədlər imzalanıb. Türkmənistan tərəfinin istəyi ilə reallaşan bu səfər iki dövlət arasında münasibətlərin inkişafı, ticarət dövriyyəsinin artması, nəqliyyat əlaqələrinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfərlə bağlı yazı dərc edən “Nezavisimaya qazeta” nəşri yazır ki, Aşqabadda imzalanan sənədlərin yarısından çoxu iki ölkənin Xəzər dənizindəki əməkdaşlığı ilə bağlıdır. Məqalədə qeyd edilir ki, Türkmənistan Azərbaycan qazını Avropa bazarına daşıyan TANAP layihəsinə qoşulacaq dövlət kimi nəzərdə tutulur. Sadəcə, Türkmənistanın lazımi vəsaiti olmadığından Xəzərin dibi ilə kəmərin çəkilməsi məsələsi həll olunmayıb. Ona görə də tərəflər nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığı genişləndirməyə üstünlük veriblər. Burada əsas diqqət “Lazur yolu dəhlizi” və Türkmənistan - Azərbaycan – Gürcüstan - Rumıniya istiqamətidir. “Nezavisimaya qazeta” nəşri yazır ki, Aşqabadda tərəflər arasında 20-dən çox sənəd imzalanıb: “Həmin sənədlərdən biri olan 2019 - 2022-ci illər üzrə nəqliyyat sahəsindəki əməkdaşlıqla bağlı proqram tərəflər arasında yük daşınmasını artıracaq. Siyasi qiymətləndirmə və proqnoz mərkəzinin direktor müavini İqor Pankartenko hesab edir ki, burada söhbət iki tərəf arasında olan ticarət dövriyyəsindən yox, tranzit marşrutlarından gedir. Ekspert deyir ki, burada ən vacib məqam Aşqabadın və şəxsən türkmən liderinin TANAP qaz kəmərinə qoşulmağa hazır olmasıdır”. Nəşr yazır ki, TANAP kəməri ilə ildə 16 milyard kub metr Azərbaycan qazının nəqli nəzərdə tutulub ki, bu da Avropa üçün yetərli deyil. Qeyd edilir ki, əvvəlcədən də TANAP və Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazı ilə yanaşı, Türkmənistan, İran, İraq və hətta Qazaxıstan qazının nəqli nəzərdə tutulub: “Brüssel son illərdə Aşqabadla danışıqlar aparır. Türkmənistan Avropaya bir ildə 40 milyard kub metr qaz nəql etməyə söz verib. Bunun üçün müstəqil şəkildə iri ehtiyata malik olan “Cənub Yolotan” yatağını Xəzər sahili ilə birləşdirən kəmər inşa etdi. Sadəcə, Transxəzər kəmərinin çəkilməsi qalıb. 5 Xəzəryanı dövlət tərəfindən imzalanan son konvensiya bu kəməri çəkməyə imkan yaradır. Təbii ki, qonşuların razılığı ilə. Amma Türkmənistan bunu təkbaşına etməyəcək. Tərəflər bu layihədən imtina etməyiblər və onu reallaşdırmaq istəyi ciddidir. Amma indi yox. Ekspert bildirir ki, buna görə də Bakı və Aşqabad nəqliyyat sxemlərini inkişaf etdirməyi vacib hesab edirlər. Bütün halda nəqliyyat layihələrinə tələbat olacaq. Böyük maliyyə imkanlarına malik olan Çin bu layihələrdən istifadə etməkdən məmnundur. Ona görə də tərəflər “Lazur yolu dəhlizi” – Əfqanıstan - Türkmənistan - Azərbaycan – Gürcüstan - Türkiyə və Türkmənistan - Azərbaycan – Gürcüstan - Rumıniya dəhlizinin inkişaf etdirilməsi ilə bağlı qərarlarını rəsmiləşdirdilər”. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavaev hesab edir ki, Türkmənistan tranzit imkanlarından istifadə etmək imkanında deyil: “Ona görə də “Lazur yolu dəhlizi”nə nəqliyyat dalanından çıxmaq və regionun əsas marşrutları olan “Bir kəmər-bir yol” və “Şimal-Cənub” dəhlizlərinə qoşula bilmək imkanı kimi yanaşırlar”. Ekspert bildirib ki, tərəflər ikitərəfli münasibətlərdə praktik rol oynaya biləcək layihələrə üstünlük verirlər: “Burada söhbət Azərbaycan investisiyalarının Türkmənistana yatırılmasından gedə bilər. Azərbaycanlıların Qərbi Qazaxıstandakı fəallığını nəzər alsaq, ehtimal etmək olar ki, onlar Türkmənistan sahillərinə də maraq göstərə bilərlər. Bunun üçün sənəd lazımdır, məsələn, ikiqat vergitutmadan azad olunması sənədi. Bu onu təsdiqləyir ki, ölkələr arasında qarşılıqlı maraq var”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı
17.11.2019
İranın Ali dini lideri benzinin bahalaşmasını dəstəkləyib
17.11.2019
“Ərdoğan bunu ABŞ-da da açıq söylədi: bu yolda geriyə addım yoxdur“
17.11.2019
Rəsmi Tehranın tələbilə İraq-İran arasındakı 2 sərhəd qapısı bağlandı
17.11.2019
İraqda nümayişlər zamanı terror hadisəsi törədildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info