Beynəlxalq daşımaların iştirakçıları sərhəddə birbaşa viza əldə edə biləcəklər
Tarix: 23.11.2018 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: “Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiya yaradılıb”

Bakı Biznes Mərkəzində keçirilən mətbuat konfransında iqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev ölkənin nəqliyyat-tranzit potensialı, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri, bu sahədə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib. Vurğulanıb ki, nəqliyyat sahəsi, tranzit daşımaları qeyri-neft sektorunun aparıcı sahələrindəndir. Prezidentin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür, layihələr həyata keçirilir. Azərbaycan ərazisindən bir sıra beynəlxalq nəqliyyat dəhlizləri keçir - Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb. Azərbaycandakı siyasi sabitlik və təhlükəsizlik, ölkəmizin beynəlxalq aləmdə formalaşmış etibarlı tərəfdaş imici, yerləşdiyi coğrafi mövqe, digər dəhlizlərlə müqayisədə məsafənin qısa olması və daşıma müddətinin az olması bu dəhlizlərinin əsas üstünlükləridir. Bu dəhlizlərin inkişafı istiqamətində 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin mayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması həyata keçirilir, Yalamadan Astarayadək dəmir yolu yenidən qurulur, Astara çay üzərində körpü tikilib, digər terminal kompleksləri yaradılır. Xəzər dənizində 270 gəmidən ibarət ən böyük donanma Azərbaycana məxsusdur, ölkə ərazisində 6 beynəlxalq hava limanı, müasir gəmiqayırma zavodu fəaliyyət göstərir, müasir avtomobil yolları tikilir. 2019-cu ildə gəmiqayırma zavodunda istehsal olunmuş 4 gəmi istismara veriləcək, daha 4 gəminin tikintisi üçün sifariş veriləcək. 2020-ci ildə şimal sərhədindən cənub sərhədinədək, 2021-ci ildə isə Bakıdan Gürcüstan sərhədinədək müasir avtomobil yolları istifadəyə veriləcək. Bütün bunlar Azərbaycanın nəqliyyat infrastrukturunun gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında iştirak imkanını genişləndirir.


Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat layihələrindən təcrid edib


Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat layihələrindən təcrid edib. Mətbuat konfransında Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycan nəqliyyat dəhlizlərinin təşviqi istiqamətində də işlər aparır. İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı tədbirlər keçirilib. Gələn il Hindistanda Transxəzər Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı təqdimat keçiriləcək. Nazir, həmçinin bildirib ki, 2019-cu ildə Hindistana səfər nəzərdə tutulub. Azərbaycan nümayəndə heyətinin Özbəkistan və Tacikistana səfərləri və bu ölkələrlə nəqliyyat-tranzit sahəsində sənədlərin imzalanması da planlaşdırılır.


“İmzalanmış sənədlər Türkmənistan və Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin hüququ rejimini tənzimləyir”


Qeyd edilib ki, Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin müzakirə edilməsi məqsədi ilə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bu il Azərbaycana səfər edib. Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin bu ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində nəqliyyat sahəsində fəaliyyət göstərən müvafiq qurumların iştirakı ilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı məsələsi müzakirə edilib. Vurğulanıb ki, Azərbaycan Prezidentinin Türkmənistana rəsmi səfəri zamanı imzalanmış 21 sənəddən əksər hissəsi məhz nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı olub. Belə ki, səfər çərçivəsində nəqliyyat-tranzit sahəsində 9 sənəd imzalanıb. Nəqliyyat-tranzit sahəsi üzrə imzalanmış sənədlər Türkmənistan və Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin hüququ rejimini tənzimləyir. 2018-ci ilin 9 ayında Türkmənistandan keçməklə Avropaya və əks istiqamətdə daşınan yüklərin həcmi 190 min ton olub. Gələcəkdə bu yüklərin həcminin 10 dəfə artması üçün potensial vardır. Ümumiyyətlə, Prezidentin Türkmənistana səfəri zamanı hər iki ölkənin dövlət başçıları nəqliyyat-tranzit sahəsinin əməkdaşlığın prioritet istiqaməti olduğunu vurğulayıblar. Şahin Mustafayev qeyd edib ki, beynəlxalq daşımaların iştirakçıları sərhəd-keçid məntəqələrində birbaşa viza əldə edə biləcəklər. O bildirib ki, Türkmənistanda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş"ə əsasən viza üçün ərizələrə baxılma müddəti azaldılır. İştirakçılar sərhəd-keçid məntəqələrində birbaşa viza almaq hüququnu əldə edirlər.


Çin konteyner daşımalarında Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutuna maraq göstərir


İqtisadiyyat naziri mətbuat konfransında deyib ki, Azərbaycan ilə Türkmənistan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiya yaradılıb. Nazir bildirib ki, Türkmənistanda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”ə əsasən dəniz, avtomobil, dəmir və hava yolu, multimodal daşımaların gələcək inkişafına, tərəflərin tranzit və idxal-ixrac yüklərin daşınması məsələsinin operativ həllinə, aidiyyəti qurumların və operatorların fəaliyyətinin əlaqələndirilməsinə yardım edəcək. Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir Kəmər – Bir Yol” təşəbbüsü ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutu Çinin "Bir Kəmər-Bir Yol” təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə maraq göstərir. Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Çin nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur.

“Şimal–Cənub nəqliyyat dəhlizi üzrə qeyri-neft məhsullarının tranzit daşımaları 100 dəfə artıb”


Nazir deyib ki, aparılmış uğurlu siyasət nəticəsində Azərbaycanda keçən tranzit yüklərin həcmi artmaqdadır. Ölkəmizdən keçən tranzit yüklərin həcmi ümumilikdə 10,4 milyon ton, o cümlədən 8,4 milyon ton neft və neft məhsulları, 2 milyon ton qeyri-neft məhsulları təşkil edir: “Qeyri-neft məhsullarının tranzit daşımaları 2017-ci ildə 16 faiz, bu ilin doqquz ayında 23 faiz, Şimal–Cənub nəqliyyat dəhlizi üzrə isə 100 dəfə artıb. Bununla belə, tranzit daşımaların artırılması üçün böyük imkan var. Ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsi üçün işlər aparılır”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
07.12.2019
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdimi bu ərəfədə aparılacaq
07.12.2019
OPEC və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb
07.12.2019
Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir
07.12.2019
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info