Latviya Respublikasının elan olunmasının 100 illiyi Bakıda qeyd olunub
Tarix: 24.11.2018 | Saat: 01:54:00 | E-mail | Çapa göndər



Latviya Respublikasının elan olunmasının 100-cü ildönümü münasibətilə noyabrın 23-də Bakıda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan hökuməti adından Latviya xalqını Respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Azərbaycan-Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını qeyd edən X.Xələfov bildirib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında ikitərəfli əlaqələr inkişaf mərhələsinə qədəm qoyub. Yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Bu ilin həm Azərbaycan, həm də Latviya üçün əlamətdar olduğunu deyən X.Xələfov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin də qeyd edildiyini diqqətə çatdırıb.
Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs tədbirdə çıxış edərək ölkəsinin tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib. Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf etdiyini vurğulayan səfir ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu deyib.




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
03.12.2020
Belçika parlamentində ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu - Səfirlik
03.12.2020
Əslində Minsk qrupu münaqişəni həll etmək istəməyib - Detallar indi üzə çıxır
03.12.2020
Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
03.12.2020
Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - Nazirlik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info