Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradıla bilər
Tarix: 24.11.2018 | Saat: 11:12:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradıla bilər.
Bunu Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində “Azəralternativenerji” MMC-nin sədri Aqşin Bəkirzadə deyib.
A.Bəkirzadə bildirib ki, liman bu təkliflə MMC-yə müraciət edib:
“Onlar limanın qismən və ya tam bərpa olunabilən enerji mənbələri ilə təmin olunması imkanının nəzərdən keçirilməsini xahiş ediblər. İndi biz layihə üzərində işləyirik. Maliyyələşdirməyə gəldikdə isə biz Bakı limanına pay iştirakı ilə bağlı təklif vermək istəyirik. İnvestisiya şirkətləri ilə danışıqlar aparmağa da hazırıq. Müddətlər barədə hələlik bir şey deyə bilmərəm, çünki bu, uzunmüddətli layihədir”.
MMC sədrinin sözlərinə görə, hazırda layihə ilə bağlı qiymətləndirmə işləri aparılır:
“İndi biz limanda meteomüşahidə stansiyaları quraşdırırıq. Onlar küləyin sürətini və digər göstəriciləri müəyyən edəcək. Göstəricilərdən asılı olaraq biz hansı turbinlərin quraşdırılmalı olduğunu biləcəyik. Bir çox nüanslar olduğu üçün layihənin dəyəri haqqında danışmaq hələ tezdir”.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
“Narçılıq mədəniyyəti”ni yaşadan Göyçay
12.11.2019
Prezident: Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır
12.11.2019
Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
12.11.2019
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək
12.11.2019
Nazir müavini: “Həyata keçirilən tədbirlərin məqsədi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməkdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10941

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info