Geofiziklər: Antarktidanın buz qatlarının altında “ölü” qitələr var
Tarix: 24.11.2018 | Saat: 12:55:00 | E-mail | Çapa göndər



Antarktidanın şərq hissəsi qalın buzlarla örtülüdür. Bəzi alimlər iddia edirlər ki, nəhəng buz qatının altında “donmuş tektonik blok” yerləşir ki, bu kütlə geoloji baxımdan digər qitələrlə həmcins olması ilə fərqlənir.
Lakin kosmik peyk vasitəsilə əldə edilən məlumata görə, Şərqi Antarktidanın həqiqətən qitələrin qalıqları üçün bir “qəbiristanlıq” olduğu qənaəti yaranıb. Alimlər planetin ən cənub qitəsinin 3D formatında tektonik xəritəsini tərtib ediblər və məlum olub ki, buz qatlarının altında qədim superqitənin qalıqları var.
AZƏRTAC “The New York Times” qəzetində dərc olunmuş məqaləyə istinadla xəbər verir ki, Almaniyanın Kil Universitetinin geofiziki Yorq Ebbinin rəhbərlik etdiyi tədqiqat qrupunun gəldiyi qənaət qravitasiya sahəsinin öyrənilməsi və Okean Dövriyyəsi Tədqiqatçısı (“GOCE”) stasionar peykinin məlumatlarına əsaslanır. Bu stasionar peyk yerin dərin qatlarında cazibə qüvvəsi sahəsini ölçməyə imkan verir.
İngiltərənin Nortumbriya Universitetində Antarktidanın buz təbəqələrini araşdıran alim Keyt Vinter bildirib ki, “GOCE”nin peyk məlumatları sayəsində superqitənin ayrı-ayrı kiçik detallarını birləşdirmək mümkün olub. Onun sözlərinə görə, Şərqi Antarktida ən azı geoloji baxımdan üç nəhəng kraton (yunancadan tərcümədə “güc” deməkdir) əyalətin olduğu labirintdir. Buz qatlarının altındakı qitələrin möhkəm qaya nüvələri Yer qabığının tektonik hərəkətlərini yüzlərlə milyon illər ərzində dağıdan geoloji amillərdir. Kratonlardan birinin forması Avstraliyanın bir hissəsi ilə eynidir, digərləri isə Hindistanın bir hissəsini xatırladır. Üçüncü kraton dəniz adalarının birləşmiş hissələrinin bənzəridir.
Tədqiqata dair hesabatın müəlliflərindən biri olan Britaniya Antarktida Tədqiqatları İnstitutunun aparıcı geofiziki Fausto Ferraçiolinin fikrincə, “bu əyalətlərin Yer kürəsi tarixinin hansı mərhələsində və necə birləşdiyi, bunun nəticəsində Şərqi Antarktidanın formalaşması barədə çoxlu müzakirələr aparılır”. Onun sözlərinə görə, bu parçalar 1 milyard il əvvəl - “Rodinia” adlı superqitənin yarandığı və ya onun cəmi 500 milyon il əvvəl “Qondvana” superqitəsi ilə birləşdiyi dövrdə bir araya gələ bilərlər. “Hər halda, Antarktida buzlaqlarının altında tapılan nəhəng kütlə 160 milyon il əvvəl “Qondvana”nın parçalanmasının nəticəsidir”, - deyə alim vurğulayıb.
Keyt Vinter buna əlavə olaraq bildirib ki, bu kəşfə rəğmən Şərqi Antarktidanın geoloji tərkibini dəqiq müəyyən etmək üçün uzunmüddətli tədqiqatlar aparılmalıdır. Məsələn, “GOCE”nin xəritəsinə əsasən, süxurlardan nümunələr götürmək məqsədilə, qazma işləri üçün ideal yer tapmaq və qitənin mərkəzində dərin qazma işlərinə başlamaq olar.
Alim vurğulayıb ki, qlobal istiləşmə dövründə dünyada ən nəhəng buz təbəqəsinin altında nələrin gizləndiyini öyrənmək böyük əhəmiyyət kəsb edir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20.11.2019
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20.11.2019
Sorgu: Respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir
20.11.2019
Mehriban Əliyeva Dmitri Medvedevlə Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info