Daxili işlər naziri Sumqayıtda vətəndaşları qəbul edib
Tarix: 24.11.2018 | Saat: 12:57:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 24-də Sumqayıt şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 20 nəfər ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib.
General-polkovnik Ramil Usubov müraciət edən vətəndaşların problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb.
Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Vətəndaşlar Azərbaycan Prezidentinin ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək
14.11.2019
Türkiyə Prezidenti Allahşükür Paşazadəni təbrik edib
14.11.2019
Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14.11.2019
ƏƏSMN və Baş Prokurorluq birgə məlumat yaydılar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info