“ASAN xidmət” təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumunda
Tarix: 24.11.2018 | Saat: 14:11:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Afrika şəhərlərinin 8-ci Forumunda iştirak etmək məqsədilə noyabrın 20-dən 24-dək Mərakeş Krallığında səfərdə olub. Səfər Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG-Afrika) baş katibi Jan Pier Elonq Mbassinin dəvəti ilə həyata keçirilib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Orqanları Təşkilatının Mərakeş Krallığının Daxili İşlər Nazirliyi ilə birlikdə təşkil etdiyi Foruma Afrika qitəsini təmsil edən ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının və şəhər, yerli idarəetmə orqanlarının rəhbərləri, məmur və ekspertləri iştirak ediblər. Həmçinin tədbirə Avropa və Asiya dövlətlərinin, beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmiləri, diplomatik korpus və akademik dairələrin nümayəndələri qismində 5 mindən çox iştirakçı qatılıb.
Forum çərçivəsində Dövlət Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusunda sessiya keçirilib. Sessiya zamanı dövlət xidmətlərində innovasiyalarla bağlı Afrika, Avropa və Asiya təcrübələrinə, mövcud problemlər, çətinliklər və qabaqcıl təcrübələrə əsaslanan həllər və gələcək fəaliyyətə dair məruzələr dinlənilib.
Eyni zamanda, sessiyada Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət”in innovasiyalara yönəlmiş fəaliyyətini əks etdirən geniş təqdimat edib. Son illərdə Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan “ASAN xidmət”in innovasiyaların tətbiqi sahəsində əldə etdiyi nailiyyətlər və vətəndaş məmnunluğu barədə məlumat verilib, dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsindəki uğurlu təcrübə diqqətə çatdırılıb. “ASAN xidmət” modeli əsasında dünyanın bir sıra ölkələri, o cümlədən Afrika ölkələri olan Mərakeş və Uqanda, habelə UCLG Africa təşkilatı ilə dövlət xidmətləri sahəsinin təkmilləşdirilməsi üzrə əməkdaşlığın aparıldığı qeyd edilib. Azərbaycanın “ASAN xidmət” modelinin BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görüldüyü xüsusilə vurğulanıb.
“ASAN xidmət” təcrübəsi və onun tətbiqi sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sessiya öz işini müzakirələrlə davam etdirib. Sonda sessiyanın yekunları üzrə tövsiyələr qəbul olunub.
Forumun işində iştirakla yanaşı, bir sıra ikitərəfli görüşlər də keçirilib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Xidmətlərində İnnovasiyalar Bölməsinin direktoru Con-Meri Kauzya, UCLG Afrika təşkilatının Afrika Yerli İdarəetmə Orqanları Akademiyasının rəhbəri Nəcat Zarruk, Fransanın Hudan şəhərinin meri Jan-Meri Tetar ilə keçirilən görüşlərdə “ASAN xidmət” təcrübəsinin Afrika yerli və regional orqanlarında, habelə Fransa şəhərlərində tətbiqi, BMT çərçivəsində müvafiq mövzuda toplantılara “ASAN xidmət”in töhfəsi, digər əməkdaşlıq perspektivləri müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək
14.11.2019
Türkiyə Prezidenti Allahşükür Paşazadəni təbrik edib
14.11.2019
Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14.11.2019
ƏƏSMN və Baş Prokurorluq birgə məlumat yaydılar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info