Etirazçılar Makronu istefaya səsləyir
Tarix: 24.11.2018 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Polis gözyaşardıcı qazdan istifadə edib

Fransanın paytaxtı Parisdə polis Yelisey prospektində keçirilən nümayişin iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Trend-in məlumatına görə, polis etirazçıların Konkord meydanında onlar üçün bağlı olan zonaya yaxınlaşmasından sonra bu addımı atıb.
"Sarı jilet" adlı hərəkat Parisin mərkəzində kütləvi etiraz aksiyası keçirir. Nümayişçilər yanacağın qiymətinin qalxmasına etiraz edirlər. Aksiyada iştirak edən minlərlə insan Prezident Emmanuel Makronu istefaya səsləyir.
İştirakçılar maneələri sındıraraq meydandakı bağlı zonaya keçmək istəyirlər. Onların hökumət binasına girməyə cəhd etdikləri deyilir.
Hazırda 3 min polis və jandarm aksiyada təhlükəsizliyi təmin etməyə çalışır. Etirazlar səbəbindən metronun mərkəzi stansiyaları bağlanıb. Eyfel qülləsi də ziyarətçilərin üzünə qapalıdır.
Qeyd edək ki, iqimiqyaslı aksiyalar noyabrın 17-dən başlayıb. Bir həftə əvvəl nümayişlərdə 287 mindən çox etirazçı iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Gürcüstanda 2 nəfərdə “donuz qripi“ tapıldı
09.12.2019
ABŞ son 25 ildə ilk dəfə Avropaya 20 min əsgər göndərir
09.12.2019
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
09.12.2019
İraqda hərbi bazaya raket hücumu təşkil edildi
09.12.2019
Bağdaddakı Birgə Əməliyyatlar komandanı vəzifədən çıxarıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info