Kürdəmir və Ağsuda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni fərdi evlər verilib
Tarix: 24.11.2018 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Kürdəmir və Ağsu rayonlarında yeni fərdi yaşayış evləri şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni evlərlə təmin olunan şəhid ailəsi üzvləri Əsnayə Mütəllimova və Gülaga Musayev, Qarabağ müharibəsi əlilləri Habil Rzayev, Anar Əhmədov, Zaur Məmmədov, Teymur Əliyev göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılması, sosial təminatlarının artırılması üçün aparılan işlərdən, eyni zamanda, dövlət başçısının müvafiq Fərmanı ilə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsindən razılıqla söz açıblar.
Evlərin təqdim olunması zamanı sosial cəhətdən həssas qrupların, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduqları vurğulanıb, onlara yönələn dövlət qayğısından bəhs olunub.
Bildirilib ki, mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsidir və bu istiqamətdə işlər ildən-ilə gücləndirilir. Cari ilin avqust ayında Bakının Qaradağ rayonunda daha 35 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.
Prezident cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni cari ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq
15.11.2019
Azərbaycan əhalisi ticarət şəbəkələrində 31 milyard manatdan çox pul xərcləyib
15.11.2019
Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info