Kataloniyada ilk dəfə Denge virusuna yoluxma faktı qeydə alınıb
Tarix: 24.11.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər



Bu yaxınlarda Kataloniyada bütün İspaniya üzrə altıncı dəfə Denge virusuna lokal yoluxma faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, qızdırmanın yayıcısı pələng ağcaqanadı bütün Aralıq dənizi sahilləri boyunca məskunlaşıb. Buna baxmayaraq, yoluxma nadir hallarda baş verir.
Söhbət xəstəliyin yüngül formasından gedir. Kataloniya Səhiyyə Şurasının məlumatına görə, barselonalı gənc hələ oktyabrın ortalarında xəstələnib, lakin indi tamamilə sağalıb. Xəstəliyin əlamətləri ümumi halsızlıq, yüksək hərarət, güclü baş ağrıları və üzdə yaranan, sonra bütün bədənə yayılan sərkilərdir.
Kataloniyada qeydə alınmış yoluxma faktı İspaniyada Denge qızdırmasına altıncı lokal yoluxma nümunəsidir. Əvvəlki faktlar da elə oktyabr ayında Mursiya və Kadis şəhərlərində qeydə alınıb.
Pələng ağcaqanadı bütün Aralıq dənizi sahilləri boyunca yayıldığına görə Fransada ( ilk dəfə 2010-cu ildə) və İtaliyada da lokal yoluxma halları olub. Kataloniyada belə hadisə ilk dəfədir qeydə alınır.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Duzlu suyun bilinməyən faydaları
09.12.2019
Havaya reaksiya verirsinizsə, qanda xolesterini yoxlayın
08.12.2019
Broyler toyuğunu antibiotikdən təmizləmək üsulu
07.12.2019
Vaxtaşırı aclıq pəhrizi, ömrü uzatmağın effektiv üsuludu
06.12.2019
Təzyiqiniz səhərlər qalxırsa...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info