Ermənilər 5 milyon olmaq istəyirlər...
Tarix: 24.11.2018 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


“...Nəynən, ay ... ”

“Xatırlayırsinızca, Serş Carkisyan hakimiyyətdə olarkən ulitimatum səpkisində səsləndirdiyi “2040-cı ilə qədər Ermənistan sakinlərinin sayı, ən azı, 4 milyon olmalıdır”- fikri o dövrdə təkcə Ermənistan siyasilıri arasında deyil, həm də bu dövlətlə az-çox əlaqəsi olan xarici demoqraflar tərəfindən də tərəddüdlə qarşılanmışdı. Hətta həmin ərəfədə BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi olan Qarik Ayrapetyan: “...nəzəriyyədə hər şey mümkündür. Ancaq əgər biz öz imkanlarımızı real hesablamağa çalışsaq, düşünürəm ki, səsləndirilmiş saya nail olmaq elə də asan olmayacaq”-deyə bildirmişdi.
“Biz inanırıq ki, 2050-ci ilə qədər Ermənistanın əhalisi 5 milyona çatacaq”. Bunu isə ötən gün Ermənistanın nəqliyyat, kommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Akob Arşakyan erməni jurnalistləri üçün keşirdiyi mətbuat konfransında bildirib. Maraqlıdır ki, naziri müavini Ermənistandakı əhali artımının yolunu da göstərib: “Biz nə yolla olursa-olsun ölkədən qacanların qabağını almalıyıq”. Əla təklifdir lakin sual olunur: hansı yolla? Sən demə Arşakyan bunun da yolunu tapıb: “Bütün dünyada məşhur olan xarici şirkətləri, o cümlədən böyük beynəlxalq şirkətləri Ermənistana cəlb etməklə”. Gözəl təklifdir, lakin “gənc erməni siyasətçi” Ermənistanın o qədər də uzaq olmayan tarixi ilə bağlı bəzi nüansları unudur. Dogrudur, bu gün Ermənistanda hakimiyyət dəyişib, ancaq erməni əhalisinin sosial həyatında heç nə dəyişməyib. Əksinə, ölkədəki tənəzzül bu gün əvvəlki illərlə müqayisədə daha da artmaqdadır.. Qarik Ayrapetyan xatırlayırsa, bir müddət bundan əvvəl Ermənistana maliyyə yatıran Fransada yaşayan erməni iş adamı Valeri-Aşxen Qorçunyan sonradan peşiman kimi ölkədən qacarkən bunları demişdi: “Mən şəxsən yaxın perspektiv üçün Ermənistanla bağlı müsbət əhvali-ruhiyyədə deyiləm. Baxın görün Fransada nə qədər erməni var. Gənclər ölkədə heç nəyi dəyişməyin mümkün olmadığını görüb Fransaya, ABŞ-a, Rusiyaya üz tuturlar. Bu o deməkdir ki, xalq Ermənistanın gələcəyinə qətiyyən inanmır”.
Ayrapetyan "dövlət Ermənistanda işləmək istəyən vətəndaşlara kömək edə bilər" – deyir. Burada da yeni bir sual doğur: hansı vəsait hesabına? İldə bir dəfə "Hayastan" ümumerməni birliyinin keşirdiyi telemarafon vasitəsilə əldə etdiyi ianə hesabınamı?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”
18.11.2019
Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib
18.11.2019
Tiflisdə nümayişlərə 5,5 min nəfər qatılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info