“Beşiktaş” lider “Başakşəhər”lə arasındakı xal fərqini azaldıb
Tarix: 24.11.2018 | Saat: 22:37:00 | E-mail | Çapa göndər



Noyabrın 24-də futbol üzrə Türkiyə Superliqasının XIII turunda turnir cədvəlində yeddinci pillədə yer alan “Beşiktaş” komandası səfərdə “Ankaragücü” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, matçda İstanbul təmsilçisi 4:1 hesabı ilə qalib gəlib. Oyunda hesab 23-cü dəqiqədə Adəm Ljajicin vurduğu qolla açılıb - 1:0. İyirmi yeddinci dəqiqədə Mustafa Pektemek hesab arasındakı fərqi ikiyə çatdırıb. Qonaq komandanın daha bir qolunu 44-cü dəqiqədə Güvən Yalçın vurub.
Fasilədən sonra meydan sahibləri qollardan birinin əvəzini çıxıblar. Paytaxt komandasının heyətində Mostafa El Kabir 86-cı dəqiqədə fərqlənib - 3:1. Bundan iki dəqiqə sonra Oğuzhan Özyakup sonuncu qolu rəqib qapısından keçirib.
Bu qalibiyyətdən sonra hesabındakı xallarının sayını 21-ə çatdıran Şenol Günəşin komandası rəqib “Ankaragücü”nü qabaqlayaraq turnir cədvəlində beşinci pilləyə yüksəlib.
Xatırladaq ki, çempionluq uğrunda yarışan komandalardan “Qalatasaray” dünən öz meydanında “Konyaspor”u məğlub edə bilməyib – 1:1.
Sabah maraqla gözlənilən qarşılaşmalardan “Trabzonspor” – “Fənərbağça” görüşü olacaq.
Tura noyabrın 26-da keçiriləcək “Göztəpə” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.
On üç turdan sonra “Başakşəhər” komandası 27 xalla çempionatın vahid lideridir. Hesabında 24 xal olan “Qalatasaray” ikinci sırada qərarlaşıb. 22 xal toplayan “Kasımpaşa” üçüncü pillədədir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Belçikadan darmadağın, San-Marino ilk qolunu vurub
16.11.2019
Yeniyetmə cüdoçularımız Avropa kubokunda bir qızıl, iki bürünc medal qazanıblar
16.11.2019
Azərbaycan komandası seçmə mərhələdə altıncı məğlubiyyətə uğrayıb
16.11.2019
Atletimiz Boyanka Kostova beynəlxalq turnirinin qalibi oldu
16.11.2019
“Bayern“ Münichin yeni baş məşqçisi bilindi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info