Sonrakı peşmançılıq...
Tarix: 10.07.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


|

Güvəndiyiniz, ən çox etibar etdiyiniz insanın da hər kəs kimi, ən azı sizin qədər hissləri olduğunu unudanda çox xoşagəlməz, arzuolunmaz vəziyyətlə qarşılaşmaq ehtimalınız mütləqdir.
Məncə, bu barədə düşünsəniz, heç də pis olmaz, çünki bunun ancaq sizin xeyrinizə olacağına tam əminliklə zəmanət verə bilərəm. Əslində etibar etdiyi, inandığı, bəlkə də özü qədər arxayın olduğu birinin hisslərini qiymətləndirməmək insana xas xüsusiyyətdir, bu, hər birimizə aiddir, insanlığın xisləti budur. Sevmədiyim bir haldır, amma əfsuslar olsun ki, belədir. Nədənsə belə insanlara qarşı laqeyd olursunuz, amma onlardan təmənnanız böyük olur, “insan yaxşı şeylərə tez öyrəşir” deyimi də bəlkə elə buradan qaynaqlanıb. Bəzən unutduğunuz, amma varlığına, sizə sadiqliyinə əmin olduğunuz birinin haralardasa, yanınızda, yaxınlığınızda, sizə məlum olan bir məkanda olması ruhunuzu sakitləşdirir. Qəribədir, deyilmi? Bəzən onun haralarda olması belə sizin üçün maraqlı deyil, heç bilmirsiniz, niyə də biləsiniz ki? Sizə lazım olan anda, köməyə ehtiyac duyduğunuz zaman çağırmağınıza aman belə verməyib, yanınızda olur. Bir az geciksə belə, lap acılayarsınız, heç şübhə də etmirəm, biz insanlar beləyik, etinasız, bəzən də özümüzdən asılı olmayaraq başqalarından istifadə edən... Əslində o, bütün bunların fərqinə belə, varmır. Amma siz mütləq bunun fərqinə varmalıydınız. Çünki bu qədər qayğıkeş, diqqətli birinin nə qədər kövrək bir qəlbə malik olmasını fikirdən qaçırmaq ən azı nadanlıqdır. Yenə də olsun. Bəlkə də bir az düşünsəydiniz... Amma əslində düşünüləsi daha vacib bir məqam da var, məncə. Bəlkə bu insanlar Tanrı tərəfindən seçilmişlərdir, missiyaları insanların həyatını yüngülləşdirməkdir. Bu insanlar fərqi yoxdur, sizin ananız, atanız, bacınız, qardaşınız, dostunuz və ən nəhayət, heç tanımadığınız, təsadüfən həyatınıza girən biri də ola bilər. Nə dəxli var ki, əsas onların sizə olan münasibətidir. Bəs sizin onlara münasibətiniz özünüzü heç olmasa, qane edir? Bu barədə heç düşündünüzmü, niyə düşünəsiniz ki? Bəlkə də fikirləşirsiniz ki, demək ona xoşdur mənim qayğımı çəkir. Neçəniz belə düşündünüz? Heyflər olsun, demək olar ki, hamınız. Və sizin hamınıza deyəcək bir sözüm var mənim: məni bağışlayın, amma siz bu xoşbəxtlikdən məhrum oldunuz, itirdiniz Tanrının sizə bəxş etdiyi bu hədiyyəni.
Sentimental saya bilərsiniz məni, amma deyəcəyəm-Ən səbirli insanın belə nə vaxtsa səbir kasası daşa bilər. Bütün bu dediklərim nadanlıq edib Tanrının bəxş etdiyi xoşbəxtliyi itirənlərə aid idi. Əslində gecikdim onları xəbərdar etmək üçün, bu sadəcə bir xatırlatma idi...İndi isə gec qalmayım deyə xəbərdar etmək istəyirəm, o kəsləri ki hələ bu situasiya ilə üzləşəcəklər. Lütfən, qarşınıza qayğıkeş, diqqətli, fədakar biri çıxarsa, onun qədrini bilin ki, sonradan öz canınız yanmasın, qəlbiniz sızlamasın və unutmayın, ən səbirli insanın da nə vaxtsa səbir kasası daşa bilər və o zaman həmin insanı axtarmaq belə boşa xərclənmiş vaxt olacaq. Çünki həyatınıza səssiz gəldikləri kimi, səssiz də gedəcəklər. Səbir kasaları daşdığı üçün...




 
Müəllifin son yazıları

20.08.2013 Sənin göz yaşların...
19.07.2013 Səni axtarıram...

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info