Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
Tarix: 03.12.2018 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


“Xəzər” Universitetinin Mərkəz Kampusunda Respublika müəllimlərinin beynəlxalq seminarı keçirilib. Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti ilə Turkuaz Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda millət vəkilləri, təhsil ictimaiyyətinin təmsilçiləri, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan təhsil işçiləri iştirak edib. Azərbaycan Milli Televiziya və Radio Şirkətinin əməkdaşı İlkin Babanın aparıcılığı ilə keçirilən tədbirin rəsmi hissəsində çıxış edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir müəllimin keyfiyyət meyarlarından bəhs edib. Millət vəkili Sona Əliyeva Azərbaycan dövləti tərəfindən həyata keçirilən təhsil strategiyasından danışaraq müəllimlərə uğur arzulayıb. Professor, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri professor Ramiz Əsgər, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət seminarın əhəmiyyətini vurğulayaraq təhsilin keyfiyyətinin artırılmasında belə tədbirlərin zəruriliyindən bəhs ediblər. “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, dos. Nuğay Əliyev seminara gələn qonaqlara və müəllimlərə təşəkkür edib. Bildirib ki, uzun illərdir təhsil sahəsində geniş fəaliyyət göstərən Cəmiyyət sözügedən seminarı təşkil etməklə müəllimlərin peşə-metodik biliklərinin təkmilləşdirilməsinə dəstək olmağı hədəfləyir. Sonra tədbir təlimçilərin çıxışları ilə davam etdirilib. Phd. Araz Zeyniyev (ABŞ), Stefanie Matzer (Avstriya), 193 nömrəli tam orta məktəbin müəllimi Günay Hüseynzadə (Azərbaycan), Chen Xiaozhen (Çin), Bakı Beynəlxalq Təhsil Kompleksi Rəqəmsal öyrənmə və İT üzrə koordinatoru Elvin Əliyev (Azərbaycan), Ceren Evcen (Türkiyə), Bakı Uşaq Teatrın nəzdindəki uşaq hüquqları sahəsində layihələr keçirən Forumclub-un rəhbəri Arzu Soltan (Azərbaycan), Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin İnklüziv təhsil mütəxəssisi Fərid Süleymanov (Azərbaycan) və Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əməkdar müəllim Almaz Həsrət (Azərbaycan) müxtəlif mövzularda dünya təhsil sistemində tətbiq edilən müasir metodlardan və təlim üsullarından bəhs ediblər. Sonda bildirilib ki, seminara qatılanlar Azərbaycan müəlliminin nüfuzunun daha yüksəkdə olduğunu və müəllim adının müqəddəsliyinin bariz göstəricisi olduğunu iştirakları ilə real göstərmiş olduqlarından uğurlu inkişafa nail ola biləcəyik. Seminarda Bakı Avrasiya Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri könüllü qismində təşkilatçılara dəstək verib.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18.02.2019
ADPU-da professor Seyidağa Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
18.02.2019
Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı olub
18.02.2019
“Müharibə Əfqanıstan mədəniyyətinə, təhsilinə təsirsiz ötüşmədi”
15.02.2019
“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info