Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
Tarix: 03.12.2018 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Son illərdə türk dünyasında inteqrasiya proseslərini daha da genişləndirmək və türk xalqlarının gələcəkdə qarşılıqlı əlaqədə birgə inkişafını təmin etmək, yeni nəsilləri yetişdirib hazırlamaq məqsədilə Türk Universitetinin yaradılması ideyası vaxtaşırı olaraq gündəmə gətirilir. Artıq belə təşəbbüslər Türkiyədə və Qazaxıstanda səsləndirilmişdir.
Bu günlərdə Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunda da Muxtar Respublikada Türk Universitetinin yaradılması təşəbbüsünün irəli sürülməsi bir çox cəhətdən əhəmiyyətlidir. Əvvəla, türk dünyası baxımından Anadoludan və Kərkükdən Orta Asiyaya qədərki türk dünyası məkanında Azərbaycan, o cümlədən də Naxçıvan ortaq nöqtə hesab oluna bilər. İkincisi, hazırda Naxçıvanda fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında və 3 ali məktəbdə: Naxçıvan Dövlət Universitetində, Naxçıvan Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda yaradılması təklif edilən Türk Universitetini idarə edə biləcək, orada dərs deyə bilən kifayət qədər elmi dərəcəli yüksək ixtisaslı mütəxəssislər formalaşmışdır. Üçüncüsü, əhalinin sıxlığı və ərazi baxımından da Naxçıvan geniş imkanlara malikdir. Dördüncüsü, nəqliyyat cəhətdən də Naxçıvanda əlverişli şərait vardır. Belə ki, Bakı ilə Naxçıvan arasında gündəlik bir neçə hava nəqliyyatı əlaqəsindən başqa, İstanbul-Naxçıvan-Gəncə-İstanbul, Moskva-Naxçıvan reysləri də fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu da yaxın illərdə Naxçıvanı da əhatə edəcəkdir. Türk Universitetinin yaradılması Ermənistan sərhədində Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilməsi və mövqelərinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətli ola bilər.
Eyni zamanda Türk Şurasının 3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə toplantısında təsis edilməsi faktı da Muxtar Respublikada həmin tarixi hadisəni yaşadacaq bir qurumun yaradılmasını əhəmiyyətli məsələlər sırasına çıxarır. Yeri gəlmişkən deyək ki, türk dünyası üçün çox əhəmiyyətli qərarlar qəbul etmiş və inteqrasiya proseslərində mühüm rol oynamış Naxçıvan Sammitinin 2019-cu ildə 10 yaşı tamam olacaqdır. Bu 10 il ərzində Türk Şurasının qərarları ilə Beynəlxalq Türk Akademiyası Astanada, Türk Parlament Assambleyası və Türk Mədəniyyəti və İrsi Fondu Bakıda, Türk Şurasının Mərkəzi Ofisi İstanbulda səmərəli şəkildə fəaliyyət göstərir. Muxtar Respublikada Türk Universitetinin yaradılması tarixi əhəmiyyətə malik olan Naxçıvan Sammitinin 10 illiyinə sanballı töhfə ola bilər.
Fikrimizcə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə bu quruma aid olan son illərdə yaradılmış təşkilatların və üzv ölkələrin iştirakı ilə Türk Şurasının yarandığı 3 oktyabr tarixdə Naxçıvan şəhərində beynəlxalq elmi konfransın keçirilməsi də əhəmiyyətli ola bilər.

İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri,
akademik




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
07.12.2018
Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirib
07.12.2018
Cümhuriyyət Parlamentinin yaradılması dövlətçilik tariximizin parlaq səhifəsidir
07.12.2018
Bu il Tarix İnstitutunda 37 adda yeni kitab çap olunub
07.12.2018
Məktəbəhazırlıq müəllimləri imtahan verəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info