“Renessans” xor sənətinin inkişafında yeni cığır açır
Tarix: 11.07.2013 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbinin xor kollektivi VIII respublika xor müsabiqəsində Qran-Pri mükafatına layiq görülüb


Milli tariximizin, mədəniyyətimizin, adət və ənənələrimizin öyrənilməsi və gənc nəslə çatdırılması, onlarda vətənpərvərlik hissinin formalaşdırılması, təlim-tərbiyənin meyil, maraq, istedad və qabiliyyət əsasında qurulması, istedadlı şagirdlərin aşkara çıxarılması ibtidai musiqi təhsili ocağı olan uşaq musiqi məktəblərindən öz işinə məsuliyyətli olmağı tələb edir. Müasir dövrdə insanların şəxsiyyətinin formalaşmasında estetik tərbiyə və estetik mədəniyyətin rolu xeyli artıb. Məlumdur ki, musiqi sənəti yalnız estetik zövq aşılamır, həmçinin insanları tərbiyələndirir, öyrədir, kamilləşdirir. Bu deyilənlər musiqinin cəmiyyətdə, o cümlədən yetişməkdə olan gənc nəslin hərtərəfli harmonik inkişafında onların musiqi estetik tərbiyəsində nə qədər böyük rol oynadığını bir daha sübut edir. Layihə çərçivəsində budəfəki təqdimatımız Azərbaycanın zəngin musiqisinin ayrılmaz qollarından olan çoxsəsli oxu mədəniyyəti olan xor sənəti ilə bağlıdır. Xor sənəti hazırda özünün hərtərəfli inkişaf mərhələsindəndir. 2000-ci ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən uşaq musiqi və incəsənət məktəblərinin uşaq xor kollektivlərinin respublika müsabiqəsi, respublikada xor mədəniyyətinin inkişafına yönəlmiş bir addımdır. Bu müsabiqənin keçirilməsi artıq ənənəvi hal alıb. Səbail rayonu C.Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbinin xor kollektivi də ənənəvi keçirilən bu müsabiqədə həmişə uğurla çıxış edir. Məlumat üçün qeyd edək ki, 3 saylı Uşaq musiqi məktəbi 7 sentyabr 1955-ci ildə yaradılıb. 2004-cü ildə Azərbaycan Prezidentinin “Cövdət Hacıyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” 18 fevral 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə məktəbə görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət İsmayıl oğlu Hacıyevin adı verilib. Məktəbdə fortepiano, xalq çalğı alətləri, nəzəriyyə, orkestr alətləri və xor şöbələrində 20 ixtisas üzrə 300 şagird Azərbaycan və rus dillərində təhsil alır. 90 nəfərdən ibarət müəllim kontingenti şagirdlərin təhsili ilə məşğul olur. Məktəbdə xalq çalğı alətləri ansamblı, simli alətlər ansamblı, nəfəs alətləri orkestri, qanunçalanlar, nağaraçalanlar və gitaraçalanlar ansamblları, xor kollektivi fəaliyyət göstərir. “Renessans” adı altında fəaliyyət göstərən xor kollektivi VIII respublika xor müsabiqəsində I yerə layiq görülərək müsabiqənin laureatı adını qazanıb, Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif edilib. Ümumiyyətlə, sözügedən musiqi məktəbində xor sənətinin inkişafına daha çox diqqət yetirilir. 2012-2013-cü tədris ilindən məktəbdə “Xor şöbəsi” nin fəaliyyətə başlaması kollektivə yeni bir təkan oldu. Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”na əsasən, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 2012/2013-cü tədris ilindən məktəbdə Xor şöbəsi açılıb və tədricən xor məktəbinə çevrilməsi nəzərdə tutulub. VIII respublika xor müsabiqəsindəki uğurlu çıxışına görə “Renessans” xoru münsiflər heyətinin qərarı ilə 178 xor kollektivinin iştirak etdiyi bu müsabiqənin “Qran-pri” mükafatına layiq görülüb. Ümumiyyətlə, cari tədris ilindən məktəbdə aşağı sinif şagirdlərindən ibarət “Cırtdan” xoru, oğlanlardan ibarət “Atəşgah” xoru , yuxarı sinif şagirdlərindən ibarət “Renessans” xoru və birləşmiş xor fəaliyyət göstərir. Həmin xorlar müxtəlif proqramla müsabiqədə iştirak etdilər. Məktəbin kollektivi məhz ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bir müsabiqədə ən ali mükafatı qazandığına görə böyük fərəh hissi keçirir. Mükafatın təqdimatı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilib və qalib kollektiv yekun konsertdə M.Orucovanın dirijorluğu ilə D.Kabalevskinin “Məktəb illəri” və T.Yarovayanın “Xorda oxuyun” əsərlərini ifa edib. Ümumiyyətlə, məktəbin xor kollektivi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar aprel ayının 5-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail rayon mədəniyyət müəssisələri tərəfindən keçirilən tədbirdə ( M.Maqomayevin “Odlar yurdu”), may ayının 9-da Səbail Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə (A.Əlizadənin “Ana torpaq”) , may ayının 13-sə Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramında (F.Sücəddinovun “Heydərlə Azərbaycanım”) çıxış edib və kollektivə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə təqdim edilib. İyun ayında M.Orucova və xor kollektivinin bir neçə üzvü Azərbaycan Dövlət Radiosunun “Uğur” verilişində çıxış edərək, ümumiyyətlə, xorun fəaliyyəti və müsabiqədəki çıxışları barədə söhbət açıb və xorun ifasında müsabiqə proqramından bəzi musiqi nümunələri səsləndirilib. Xor kollektivinin fəaliyyət göstərməsində xormeysterlər Nigar Səmədova, Aytən Cəfərova, Səadət Əliyeva və konsertmeyster Səadət Məmmədovanın zəhməti böyükdür. Məktəbin direktoru, həm də ixtisasca xormeyster olan Məhin Orucovanın zəngin əməyi sayəsində xor kollektivi beynəlxalq xor müsabiqələrində Azərbaycanı təmsil etməyə qadirdir. Məhin Orucovanın müəllifi olduğu ”Azərbaycan xalq mahnılarının xor işləmələri” adlı məcmuə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin uşaq musiqi məktəbləri üçün tərtib etdiyi xor fənni üzrə tədris proqramına daxil edilib. Yaxşı şərait hər bir müəssisənin fəaliyyətinə stimul verir. Məktəbin binasının əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi kollektivin uğurlar qazanmasına təkan olub. Belə ki, fleyta ixtisası üzrə 6-cı sinif şagirdi Rəsul Əliyev II Respublika müsabiqəsinin ( I yer) qalibi olub və Təhsil Nazirliyinin I dərəcəli diplomu ilə təltif edilib. 6-cı sinif şagirdi Aytac Məmmədəliyeva “Azərbaycan mədəniyyəti” mövzusunda respublika bilik müsabiqəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diploma layiq görülüb. 4-cü sinif şagirdləri Leyla Məmmədzadə və Zeynəb Qiyasova fortepiano ansamblı və müşayiət üzrə respublika müsabiqəsində tərifnamə ilə, 7-ci sinif şagirdləri Emiliya Musayeva və Leyla Hacıyeva, 6-cı sinif şagirdi Ayna Ələsgərova fəxri fərmanlarla təltif olunublar. Tədris ilinin sonunda keçirilən “İlin son akkordları” adlı hesabat konsertində 2012-2013-cü tədris ilinin yekunu ilə əlaqədar fərqlənən müəllim və şagirdlərə mükafatlar təqdim olunub. Məktəb böyüməkdə olan nəslin mənəvi, estetik tərbiyəsini gücləndirmək məqsədilə Səbail rayonunda yerləşən ümumtəhsil məktəblərilə daim təmasda olur. O cümlədən Səbail rayonunda yerləşən muzey və kitabxanalarda tədbirlər təşkil edirik. Xeyriyyə məqsədilə Xəzər rayonunda yerləşən internat məktəblərində əlil uşaqlarla görüşlər də təşkil edilir. Məktəbin kollektivi uşaqların musiqi təhsilinə yiyələnməsi, onların bədii-estetik zövqünün formalaşması və Azərbaycanımıza layiq musiqiçilər kimi yetişməsi yolunda var qüvvəsilə bundan sonra da çalışacaq. Növbəti tədris ilində kollektivə uğurlar arzulayırıq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info