Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
Tarix: 04.12.2018 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Fransada keçirilən aksiyaların arxasında müəyyən dairələrin dayanması ilə bağlı ciddi şübhələr var. Rusiya dövlət başçısının mətbuat xidmətinin rəhbəri Peskov Parisdə baş verən olayların arxasında ABŞ-ın dayanması ehtimalını istisna edib və hadisələri Fransanın daxili işi adlandırıb. Amma Rusiya mediası Makrona qarşı yönələn hadisələrin arxasında dayanan qüvvənin Birləşmiş Ştatlarda olduğunu qeyd edir. Məsələn, “RİA Novosti” yazır ki, son günlər ərzində Parisdə baş verən hadisələr postsovet məkanında, Yaxın Şərq ölkələrində sınaqdan keçirilən rəngli inqilab texnologiyalarını xatırladır. Fransa dövlət başçısının ambisiyalı bəyanatları və ABŞ-dan müstəqil ordu yaradılması ilə bağlı təklifi bu texnologiyanın Fransada tətbiq edilməsinə rəvac verib. Bəzi ekspertlər “ərəb baharı”nın oxşarı olan bu aksiyanı “Avropa qışı” adlandırır. “RİA Novosti” yazır ki, Fransa dövlət başçısı Makronun Avropanın suverenliyini tam bərpa etməklə bağlı çağırışı Ağ Evdə ciddi qəbul edilib və buna müvafiq qərar qəbul edilib. Sayt yazır: “Aksiyanın başlanğıcı sosial şəbəkələrlə başladı. Sosial şəbəkədə belə kampaniyanı kənardan koordinasiya olmadan da başlatmaq olar. Amma şəbəkələrə etiraz aksiyalarının simvolu olan “sarı jilet” məsələsinin atılması son dərəcə şübhəlidir. Bu aksiya vaxtilə Honqkonqda sınaqdan keçirilən “sarı çətir” aksiyasının, demək olar ki, eynisidir. Şəbəkələrə ötürülən yalan informasiyalar vasitəsilə narazı kütlə küçələrə çıxarılır”. “Bloomberq” agentliyi yazır ki, hadisələrdən əvvəl Yaponiyada “Reno-Nissan” şirkətinin rəhbəri Karlos Qonanın həbs edilməsi Makrona qarşı kampaniyanın başlamasına işarə idi. Doğrudur, Makronla Qonanın münasibətləri yaxşı olmayıb. Amma şirkətin səhmlərinin müəyyən hissəsinə nəzarət Fransa hökumətinin əlindədir. Ona görə də Qonaya yönələn korrupsiya, yeyinti faktlarına görə Makron da ittiham edilir. Məhz Makronun səyləri nəticəsində “Reno” “Reno-Nissan” alyansına nəzarət edir. Baxmayaraq ki, Fransa şirkətinin alyansdakı payı Yaponiya şirkətinin payından azdır. Məsələnin incə tərəfi odur ki, şirkətdə 48 min nəfər çalışır. Şirkətdə işin dayanması məsələsinin ortaya atılması 48 min nəfərin aksiyalara başlaması deməkdir. Burada ABŞ amilini də nəzərə almaq lazımdır. ABŞ prezidenti Trampın sağ əli, faktiki olaraq onun seçki qərargahının rəhbəri olmuş Stiv Bennon neçə müddətdir ki, Avropadadır. Stiv Bennonun məqsədi Avropa İttifaqını parçalamaq və yaxud mümkün olduğu qədər zəiflətməkdir. Təxminən bir həftə əvvəl Oksford Universitetində çıxış edən Stiv Bennon Makronu açıq şəkildə tənqid edərək onu Fransanın maraqlarının əleyhinə gedən siyasətçi adlandırıb. O, Makronu Fransa millətçisi yox, Avropa İttifaqı millətçisi adlandırıb. Makron kimi siyasətə gələnə qədər bankir olmuş Stiv Bennon sosial şəbəkələrdə kampaniyalar aparılması sahəsində mütəxəssis olmaqla yanaşı, siyasi isteblişmentə qarşı “partizan metodları” ilə mübarizə sahəsində də ustadır. Fransa aksiyaları ilə bağlı Trampın “tvit”inə diqqət edək: “Fransadakı böyük və zorakılıq tətbiq edilən aksiyalar unutmasınlar ki, bizim çox GÖZƏL hərbi müdafiəmiz üçün daha ağıllı ödəmə və ticarət məsələsində Avropa İttifaqı özünü nə qədər pis aparıb. Hər iki məsələ tez bir zamanda həll olunmalıdır”. Açıq şəkildə bildirilir ki, hərbi müdafiə üçün ABŞ-a ödəniş edilməlidir. Fransa ya Stiv Bennon deyən kimi, Avropa İttifaqının nəzarəti altında olan koloniya olmalı, ya da ABŞ-ın nəzarətində olmalı və Birləşmiş Ştatların müdafiə xərcləri üçün illik 51 milyard dollar ödəməlidir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq
11.04.2019
“Trthaber.com”: “Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir”
08.04.2019
“Aksam.com.tr”: “Azərbaycan Türkiyədə investisiyalarını artıracaq”
06.04.2019
Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info