“Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
Tarix: 04.12.2018 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Murat LeCompte: Petkim Türkiyənin nəhəng şirkətlərindəndir. Ege bölgəsinin bir nömrəli ixracatçı və ikinci böyük şirkətidir”

Azərbaycanla Türkiyə arasında həyata keçirilən layihələr iki ölkənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu layihələrin reallaşması birgə əməkdaşlığın nümunəsi kimi dəyərləndirilir. Eləcə də yeni-yeni layihələrin tətbiqi üçün zəmin yaradır. İki ölkə arasında reallaşan son nəhəng layihələrdən biri “Star” Neft Emalı Zavodunun (NEZ) açılışı olub.
“Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq. Qeyd edək ki, SOCAR-ın “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” Neft Emalı Zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib.
İki qardaş ölkə arasında artan iqtisadi əməkdaşlığın simvolu olan SOCAR Türkiyə, ölkənin ən böyük şirkətlərindən biri olma yolunda sürətlə irəliləyərkən həyata keçirdiyi sərmayələrlə də Türkiyənin sənayesinə güc qatmağa davam edir. SOCAR Türkiyə, “Star” NEZ, Petkim, Petlim, Petkim RES kimi şirkətlərlə fəaliyyətdə olduğu Aliağa yarımadasında neft-kimya sahəsində tam inteqrasiyanı təmin etmək üçün davamlı fəaliyyət göstərir. Qeyd edək ki, İstanbulda “SOCAR-Türkiyə” şirkətinin yeni inzibati binasının açılışı olub, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, “Türkiyədə var gücümüzlə çalışırıq. 2008-ci ildən bəri Türkiyədə yatırımlarımıza davam edərək, Türkiyənin ən böyük xarici investoru ünvanını qazanmışıq”.
İki ölkə arasında reallaşan layihələri dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, məhz dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk: “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Aliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq”.
“Star” NEZ-in əhəmiyyətinə toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, məşğulluq baxımından da mühüm əhəmiyyət daşıyan bu müəssisədə 1100 nəfər çalışacaq. Beləliklə, bu zavod Türkiyə və Azərbaycan iqtisadiyyatlarına mühüm fayda verməklə yanaşı, Ege bölgəsinin rifahını yüksəltmiş olacaq.

Türkiyədə ilk dəfə tətbiq olunacaq layihə

Bu gün də iki ölkə arasında layihələrin həyata keçirilməsi istiqamətində tədbirlər davam edir. “Sondakika.com” yazır ki, Türkiyənin ən böyük xarici investoru SOCAR, İzmirdə başda peşə liseyləri olmaqla bütün lisey şagirdləri arasında sahibkarlıqla bağlı maarifləndirmə aparmağı və 21-ci əsrin tələb etdiyi bacarıqlara malik olan sahibkarların yetişməsini hədəfləyən “İnnovativ Düşünmə və Sahibkarlıq” layihəsini həyata keçirir. Türkiyədə ilk dəfə reallaşacaq layihənin imza mərasimi, İzmir Milli Təhsil müdiri Ömər Yahşi və SOCAR Türkiyənin Xarici Əlaqələr üzrə rəhbəri Murat LeCompteun iştirakı ilə keçirilib. Həyata keçirdiyi nəhəng layihələrlə Türkiyə və Azərbaycan iqtisadiyyatını gücləndirən SOCAR Türkiyə, gəncləri sabaha hazırlamaq üçün yeni bir layihəyə başlayır. Gənclərin həm innovativ düşünmə bacarıqlarını, həm də sahibkarlıq fəaliyyətini inkişaf etdirmək məqsədilə gerçəkləşəcək bu layihə peşə və texniki orta təhsilin xüsusiyyətini də artırmağı hədəfləyir. Türkiyədə ilk dəfə həyata keçirilən layihələrlə şagirdlər, təhsil və yarışmalarla yanaşı, iş dünyası və gənc sahibkarların təcrübələrindən də yararlana biləcəklər. Layihə, əsasən, İzmirdə iki, Aliağada isə bütün lisey şagirdlərini əhatə edir və 2 ildə 10 məktəbin 1600 şagirdini əhatə etməyi hədəfləyir.
Bütün dünyada iqtisadiyyatların inkişafı üçün çıxış yolu olaraq görülən sahibkarlığın istehsal və məşğulluğa təsiri, Türkiyə iqtisadiyyatı baxımından da böyük əhəmiyyət daşıyır. İzmirdə Aliağa qəsəbəsi Təhsil şöbəsinin fəaliyyət sahəsində olan 8 lisey ilə Bornova qəsəbə Milli Təhsil Şöbəsi fəaliyyət sahəsindəki iki liseydə təhsil alan bütün lisey şagirdləri əhatə edən SOCAR Türkiyənin “İnnovativ Düşünmə və Sahibkarlıq” layihəsinin iki təhsil ilində davam etməsi planlaşdırılır. Layihə ilə gənclərin ictimai bacarıq, innovativ düşünmə, yenilikçi fikirlər ortaya çıxaracağı və təqdim edə bilmə potensiallarının artırılması hədəflənir. Bu çərçivədə reallaşdırılacaq işlər, təhsillər, müsabiqələr və iş düşərgələri nəticəsində ortaya çıxan layihələr arasından seçim ediləcək. Sonra həyata keçiriləcək sürətləndirici işlərlə, seçilmiş layihələr üçün ictimai və xüsusi təşkilatların qrant proqramlarından dəstək olacağı və bu layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
İmza mərasimində çıxış edən İzmir Vilayət Təhsil müdiri Ömər Yahşi bildirib: "Müasir mədəniyyət yolunda təhsilimizlə bağlı şagirdlərimizin bacarıqlarını çatdıra biləcək mühiti təqdim edəcək layihələri həyata keçirməkdən xoşbəxtlik duyuram. Şagirdlərimizə 21-ci əsr bacarıqlarını qazandıracaq bu işlərdən son dərəcə məhsuldar nəticələr alacağımıza inanıram. İndiki vaxtda təhsili yalnız məktəb binası və sinif mühitilə məhdudlaşdırmaq mümkün deyil. Yeni fikir və kəşfləri təhsilə qazandırmasaq, bacardıq deyə bilmərik. İmzaladığımız müqavilə ilə 2 il müddətində, Aliağa və Bornova qəsəbələrimizdə 10 məktəbdə ümumilikdə 1600 şagird “İnnovativ Düşüncə və Sahibkarlıq” layihəsinə daxil olacaq. Şagirdlərimizin texnologiyadan da istifadə edərək əldə etdikləri innovativ fikirlər, universitetlər tərəfindən qurulacaq komissiyalar dəyərləndiriləcək. Seçilmiş üç fikir SOCAR tərəfindən dəstəklənəcək”.
SOCAR Türkiyənin Xarici Əlaqələr üzrə rəhbəri Murat LeCompte isə İzmir və xüsusilə Aliağanın onlar üçün çox əhəmiyyətli olduğunu bildirib: “Petkim Türkiyənin nəhəng şirkətlərindəndir. Ege bölgəsinin bir nömrəli ixracatçı və ikinci böyük şirkətidir. “STAR” NAZ-ı açdıq və bu, növbəti ildə 1,5 milyard dollar ilə Türkiyənin büdcə kəsirinin azalmasına səbəb olacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Azərbaycan neftinin bir barrelinin qiyməti 4 dollardan çox artıb
08.12.2018
OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
07.12.2018
Azərbaycanda ilk: aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək
07.12.2018
SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib
07.12.2018
Təbii resursların mərkəzləşdirilmiş reyestri yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info