İsveç futbolunda azərbaycanlı
Tarix: 05.12.2018 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Bu gün xarici ölkələrdə uğur qazanan soydaşlarımızın fəaliyyəti digər soydaşlarımızın fəaliyyətinə böyük stimul verir. Gələcəkdə onların qazandıqları nüfuz güclü lobbimizin yaranmasına təsir göstərəcək. Artıq xaricdə yaşayıb uğur qazanan soydaşlarımızın sayı getdikcə artır. Bu gün istər idman, istər, mədəniyyət, istərsə də, başqa sahələrdə uğur qazanmış soydaşlarımız çoxluq təşkil edirlər. Belə uğur qazananlardan biri də İsveçin “Savedalen IF U-19” (yəni 19 yaşlılar) komandasında oynayan Ayxan Cabbarlıdır. Ayxan Cabbarlı kimdir? Ayxan Cabbarlı 2003-cü ildə Azərbaycanda anadan olub. 6 yaşından futbolla məşğul olmağa başlayıb. İlk komandası Bakıda “Türk Futbol Klubu“ olub. Sonralar “Bakı”, “Nefçi” futbol klublarında oynayıb. 2012-ci ildən İsveçdə yaşayır. Burada da bir neçə klubda məşqlər və oyunlar keçirib. Hazırda İsveçin “Savedalen IF U-19” klubunda oynayır. Bu il klubu oynadıqları liqanın çempionu olub və əsas liqaya yüksəlib. Əsasən sağ və sol yarımmüdafiəçi mövqeyində oynayır. Ayxan klubunda ən gənc oyunçudur. İndi liqa oyunlarında fasilə yarandığından,”İsveç“ kuboku oyunlarında oynayır. Qrup oyunlarında yaxşı nəticə göstərdiklərinə görə, növbəti mərhələyə keçiblər. Bu il sınaq imtahanlarından sonra İsveçin ikinci böyuk futbol məktəbinə qəbul olub. Ən əsası isə ölkəmizin millisinə (2-il öncə) dəvət alıb və oyunundan razı qalıblar. 16 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində bir neçə beynəlxalq oyunlarda iştirak edib. Millidə ilk məşqçisi Vüqar müəllim olub. İndi isə məşqçisi Azər müəllimdir. Ayxan milliyə dəvət olunması ilə bağlı öz təəssüratlarını bölüşüb: “Məni öz ölkəmin millisinə dəvət etdiklərinə görə, AFFA rəhbərliyinə və məşqçi korpusuna minnətdarlığımı bildirirəm. İsveçdə də çalışıram ki, ölkəmin adını və şərəfini layiqincə təmsil edim. Yeri gəlmişkən, bir məsələni sizlərə xatırlatmaq istəyirəm. Azərbaycan millisində oynamaq atamın ən böyük arzusu idi. Mənim Azərbaycan millisinin formasını geyinib və dövlət himnimizi oxumaq atamın böyük arzusu olub. Mən də atamın arzusunu reallaşdırdığıma görə çox sevindim. Doğrudan da çox böyük məsuliyyət və qürurdur. İsveçdə bir neçə klub mənimlə maraqlanır. Bundan əlavə, Türkiyənin “Beşiktaş “ klubunun diqqətindəyəm. Yəqin ki, 2019-cu ilin may ayında Türkiyədə baxışda olacam. Hələlik qərar verməyə vaxtım var. Futboldan başqa dərslərimlə də ciddi məşğulam. Gələn il idman gimnaziyasına qəbul olacağam. İnşallah, gələcəkdə Çempionlar Liqasında oynamağı arzulayıram. Əlbəttə ki, Azərbaycan millisində də öz mövqeyimi möhkəmləndirəcəm. Çünki mən azərbaycanlıyam”.

Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10603

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info