Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kollegiya iclası keçirilib
Tarix: 06.12.2018 | Saat: 10:37:00 | E-mail | Çapa göndər



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya, icra intizamına əməl olunması, sosial obyektlərin tikinti və təmiri sahələrində görülən işlərin müzakirəsinə və bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən edilməsinə həsr olunmuş iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial sahənin inkişafı və bu istiqamətdə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı islahatlar proqramına uyğun olaraq nazirlikdə dəyişikliklərin aparıldığını vurğulayıb. O bildirib ki, görülən işlər, eyni zamanda, sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsindəki səmərəli iş üsullarının, fərdi reabilitasiya proqramlarının tətbiqi ilə yenidən qurulmasına, bu sahələrdə sosial reabilitasiya istiqamətinin gücləndirilməsinə xidmət edir. Bu sahədə işlər elə qurulmalıdır ki, xidmət göstərilən təbəqələrin sosial statusunun daha effektiv yollarla bərpa olunması və cəmiyyətin fəal hissəsinə çevrilməsi ilə nəticələnsin.
S.Babayev qeyd edib ki, ölkədə 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur. Hazırda sosial işçi modelinin tətbiqi əsasında təkmilləşdirilməsi üçün müvafiq işlər aparılır. Həmçinin nazirliyin 14 bərpa mərkəzində fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ hallar, qəbul zamanı süründürməçilik, ayrı-seçkilik və s. kimi halların aradan qaldırılması işləri aparılmaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər görülür.
Nazir diqqətə çatdırıb ki, artıq “Əlilliyi olan şəxslərin bərpa mərkəzlərinin inkişaf Konsepsiyası”nın, eləcə də “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası”nın, “Fərdi reabilitasiya və abilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydası”nın, “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar”ın və s. layihələri işlənib hazırlanıb. Digər tərəfdən, Mərdəkan Müalicə Pansionatında, Naftalan şəhərindəki və Yevlax rayonundakı Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində təmir işləri sürətləndirilib.
S.Babayev qeyd edib ki, sosial xidmət və reabilitasiya sahələrində kadr personalının bilik və peşəkarlıq səviyyələrinin artırılması, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılması və s. kimi vacib istiqamətlərdə də işlər aparılır. Nazir tibbi-sosial ekspert komissiyaları tərəfindən fərdi reabilitasiya proqramlarının tərtib edilməsinin, bərpa mərkəzlərində müalicə almış şəxslərin sonrakı sosial statusu və vəziyyəti barədə məlumatların əldə edilməsi üçün mexanizmin qurulmasının, bu məqsədlə mərkəzləşmiş elektron məlumat bazasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Nazirliyin sifarişi ilə sosial obyektlərin tikintisi və təmiri sahələrində aparılan islahatları qeyd edən S.Babayev bu sahələrdə işlərin sürətlə və keyfiyyətlə aparılmasının əsas vəzifələrdən biri olduğunu bildirib.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sosial obyektlərin tikintisi və təmiri sahəsində görülən işlər, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Cavid Əbdülqədirov bərpa mərkəzlərinin fəaliyyəti, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sosial xidmət müəssisələrinin fəaliyyəti, daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası sahəsində aparılan işlər barədə hesabat məruzələri ilə çıxış ediblər.
İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar tapşırıqlar verilib.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info