ADU Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransında iştirak edib
Tarix: 06.12.2018 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


Çinin Çendu şəhərində dünyanın 140 ölkəsindən 2 minə yaxın iştirakçı - Konfutsi sinifləri və təşkilatlarının nümayəndələrini bir araya gətirən Konfutsi İnstitutlarının XIII Konfransı keçirilib. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua da konfransda iştirak edib.
Universitetdən verilən məlumata görə, konfransın bölmələrində Konfutsi İnstitutlarının idarə edilməsinin təkmilləşdirilməsi, Çində təlim keçmiş müəllimlərin hazırlanmasında keyfiyyətin yaxşılaşdırılması, "Çin dili körpüsü" proqramının həyata keçirilməsi, regional Konfutsi İnstitutları ilə ikitərəfli əməkdaşlığın inkişafı Çin və xarici gənclər arasında mədəni mübadilə, rəqəmsal Konfutsi İnstitutunun yaradılması layihələrinin həyata keçirilməsi müzakirə olunub.
ADU Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov qeyd edib ki, Ümumdünya Konfransı Konfutsi İnstitutlarının təcrübəsini, digər ölkələrin həmkarları ilə əməkdaşlıq perspektivlərini və əməkdaşlıq sahələrini özündə birləşdirməyə imkan verib.
R.Abbasov həmçinin əminliklə bildirib ki, Ümumdünya Konfransında Konfutsi İnstitutunun işini mədəni fəaliyyətinin effektivliyini artıracaq, İnstitutun akademik tədqiqatlarda və peşə hazırlığında rolunu gücləndirəcək, ADU-nun Konfutsi İnstitutu ilə Azərbaycanın digər universitetləri arasında "Konfutsi Araşdırmaları Proqramı" sayəsində əməkdaşlığı inkişaf etdirəcək, Konfutsi İnstitutunun "Təhsil Proqramı" effektivliyini artıracaq, Konfutsi İnstitutunun ictimai imicini yaxşılaşdıracaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət edib
21.05.2019
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21.05.2019
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21.05.2019
UNEC tələbələrinə innovativ və operativ xidmət: “Bir pəncərə”
21.05.2019
“Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info