Gənc alimimizin adı dünyada yüksək istinad almış alimlərin siyahısında
Tarix: 06.12.2018 | Saat: 12:37:00 | E-mail | Çapa göndər


AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev “Clarivate Analytics” (Thomson Reuters) və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüb.
AMEA-dan veriklən məlumata görə, alim bu yüksək mükafatı “Web of Science”də yüksək istinad almış iki məqalənin müəllifi nominasiyasına görə qazanıb. Məlumat üçün bildirək ki, bu günlərdə “Clarivate Analytics” şirkəti 2018-ci ildə ən çox istinad olunan alimlərin (Highly Cited Researchers) reytinq cədvəlini dərc edib. Clarivate Analytics – elmmetrik analiz üzrə dünya lideridir. Şirkət beşinci dəfədir ki, “Web of Science” məlumatlar bazasına əsaslanaraq ən nüfuzlu alimlərin siyahısını dərc edir. Öz sahəsində ötən ildə ən çox istinad olunan alimlərin 1%-i bu siyahıya daxil edilir. Bu il təbiət və humanitar elmlərin 21 sahəsində çalışan 4058 alim reytinqə daxil olub. Onların sırasında Azərbaycandan Ə.Sucayevin də adı yer alır.
Bu münasibətlə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbirdə gənc alim Ə.Sucayevə diplomu “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reis təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru oldu
23.05.2019
Dəniz Akademiyasının rektoru imtiyazlı tələbələrlə görüşüb
23.05.2019
Kolleclərə də imtahansız qəbul mümkün olacaq...
22.05.2019
Peşə Təhsil Mərkəzində “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
22.05.2019
“Made in Azerbaijan 2019” müsabiqəsinin qalibləri müəyyənləşdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info