Aİİ-də “İnsan niyə tükənir?” mövzusunda təlim keçirilib
Tarix: 06.12.2018 | Saat: 13:02:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yazıçı-psixoloq Rövşən Abdullaoğlunun təqdimatında “İnsan niyə tükənir?” mövzusunda təlim keçirilib.
Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində Azərbacan İlahiyyat İnstitutunun müxtəlif mövzularda təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlər xüsusi rol oynayır. Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən İ.Əlimuradov mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə vaxtın idarə olunması, zaman itkisinə səbəb olan amillərin ortaya çıxarılması və aradan qaldırılması, iş planının düzgün tərtibi, gənclərə məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Yazıçı-psixoloq Rövşən Abdullaoğlu “İnsan niyə tükənir?” mövzusunda çıxış edərək bildirib ki, təlimin əsas məqsədi tükənmə sindromunun əlamətləri və onunla mübarizə yollarıdır. O bildirib ki, özünü hər gün narahat və yorğun hiss edən, tez hirslənən, həyatından və işindən zövq ala bilməyən insanlar tükənmə sindromundan əziyyət çəkirlər.
Psixoloq insanlarla daha çox ünsiyyət qurulan işlərdə bu sindromun yaşanma risqinin yüksək olduğunu qeyd edib. O, tükənmə sindromunu aradan qaldırmağın mümkün olduğunu vurğulayıb. Yazıçı-psixoloq “Nə baş verir?”, “Mən nə istəyirəm?”, “İstəklərimi necə yerinə yetirə bilərəm?”, “Hansı alternativlərim var?” tipli suallara cavab tapmaqla sindromu müalicə etməyin mümkünlüyünü bildirib.
Tələbələrin və qonaqların qatıldığı təlim maraqlı müzakirələrlə davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
07.12.2018
Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirib
07.12.2018
Cümhuriyyət Parlamentinin yaradılması dövlətçilik tariximizin parlaq səhifəsidir
07.12.2018
Bu il Tarix İnstitutunda 37 adda yeni kitab çap olunub
07.12.2018
Məktəbəhazırlıq müəllimləri imtahan verəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info