Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
Tarix: 06.12.2018 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Çinin “China CAMC Engineering Co Ltd” şirkəti ilə “Baku Steel Company” arasında Gəncədə metallurgiya zavodları kompleksinin inşası üçün baş podratçı müqaviləsi imzalanıb. 1,17 milyard ABŞ dolları dəyəri olan müqaviləni “China CAMC Engineering”in vitse-prezidenti Van Yuhan və “Baku Steel Company”nin vitse-prezident Mərdan Əliyev imzalayıblar. İmzalanma mərasimində Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı iştirak edib. Beş zavoddan ibarət kompleks barədə məlumat verən “CAMCE”nin Bakı ofisinin rəhbəri Kənan Quluzadə bildirib ki, Gəncədə 93 hektarlıq ərazidə tikiləcək “Azerbaijan Intergrated Steel Mill Complex” ölkəmizdə qeyri-neft sektorundakı ən böyük layihədir. Kompleksin 42 ay davam edəcək inşaat işlərinə 10 min nəfər cəlb olunacaq. Əsasən İtaliyanın “Danilei” şirkətinin avadanlığının quraşdırılacağı kompleks təhvil verildikdən sonra burada təxminən 5 min nəfər daimi işlə təmin olunacaq. Bu, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ən böyük layihələrdən biridir. Əminəm ki, layihəmiz iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib
18.02.2019
Gömrükçülər Türkiyə təcrübəsini öyrənirlər
18.02.2019
“Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info