Strateji Yol xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib
Tarix: 06.12.2018 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezident Administrasiyasının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin Strateji Yol xəritələri üzrə yaradılan işçi qruplarının hər biri ilə ayrı-ayrılıqda müzakirələri keçirilib. Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, birgə görüşlərdə Strateji Yol xəritələrinin icra vəziyyətinin nəticələri, koordinasiya məsələləri və qarşıya çıxan çağırışların həlli yolları ətraflı müzakirə edilib. 40-dan artıq dövlət qurumunun rəhbər şəxslərinin iştirakı ilə 12 Strateji Yol Xəritəsi üzrə aparılan müzakirələrdə tədbirlər planlarının vahid formatda tərtibi, icrası və kommunikasiya edilməsi ilə bağlı məsələlər də əhatə olunub.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Strateji Yol xəritələrinin uğurlu icrası təmin edilib, ölkədə makroiqtisadi sabitlik və dayanıqlı inkişaf, habelə biznes mühitinin əlverişliliyinin daha da artırılması istiqamətində nailiyyətlər əldə olunub. Aparılan kompleks iqtisadi islahatlar nəticəsində Azərbaycan hazırda "Doing Business" hesabatına görə dünyada ən islahatçı ölkə kimi səciyyələndirilir.
Müzakirələrdə icra ilə bağlı yaranan suallar aidiyyəti üzrə cavablandırılıb və Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün müəyyən tövsiyələr verilib.
Qeyd edək ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanına uyğun olaraq Strateji Yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib
18.02.2019
Gömrükçülər Türkiyə təcrübəsini öyrənirlər
18.02.2019
“Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info