İranda törədilən terror aktı nəticəsində üç nəfər ölüb
Tarix: 06.12.2018 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


İranın ən böyük liman şəhəri olan Çabaharda terror aktı törədilib. AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarında terrorçu-kamikadze partlayıcının quraşdırıldığı avtomobili şəhərin polis idarəsinin binası istiqamətində sürüb. Avtomobil binaya toxunaraq partlayıb. Sistan-Bəlucistan valisinin təhlükəsizlik məsələləri üzrə müavini Məhəmmədəli Məraşi mətbuata verdiyi açıqlamada bildirib ki, partlayış nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb. Hadisə şahidləri qeyd edirlər ki, partlayışdan sonra avtomat silahlardan atışma səsləri eşidilib. Ehtimal edilir ki, partlayışdan sonra polis idarəsinə silahlı hücum və polis əməkdaşları ilə terrorçular arasında silahlı toqquşma olub. Hadisə yerində araşdırma aparılır. Xatırladaq ki, Çabahar İranın Sakit okean sahilində yerləşən yeganə və ən böyük liman şəhəridir. Çabahar limanı ilə İran Hindistan, Çin və Cənub Şərqi Asiyanın digər dövlətləri ilə ticarət əlaqələrini sürdürür və idxal-ixrac əməliyyatları aparır. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da mühüm rola malikdir. Cənub-Şərqi Asiya ölkələri Avropaya bu liman vasitəsilə məhsul ixrac edirlər. Cari ilin fevral ayında Hindistan hökuməti Çabahar limanının yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi üçün İrana 2 milyard dollar həcmində kredit ayırıb. Həmin ay Prezident Həsən Ruhani Sistan-Bəlucistan vilayətinə səfər edərək Çabahar limanında aparılan işlərlə tanış olub və yeni terminalın açılışını edib.
Nəzərə çatdıraq ki, İranın Sistan-Bəlucistan vilayəti ərəblərin kompakt yaşadığı bölgədir.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info