Paytaxtın “Abad məhəllə”lərində idman yarışlarına start verildi
Tarix: 06.12.2018 | Saat: 14:53:00 | E-mail | Çapa göndər


Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin hər bir guşəsində, o cümlədən paytaxt Bakı şəhərinin bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır. «Abad məhəllə» layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilir, məhəllələrdə futbol, basketbol meydançaları və digər idman qurğuları da quraşdırılaraq əhalinin, xüsusilə yeniyetmə və gənclərin istifadəsinə verilir. Artıq bir neçə gündür ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən «Abad məhəllə» layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışlarının təşkili və keçirilməsinə başlanılıb.
Yeni salınmış məhəllələrdə minifutbol və şahmat turnirləri çərçivəsində ilk yarışa Nizami rayonunda start verilib. Nizami rayon bələdiyyəsinin meydançasında start götürən turnirin rəsmi açılış mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov və digər rəsmi şəxslər iştirak edib, yarış iştirakçılarına uğurlar arzulayıblar. Sonra ilk oyun keçirilib. Turnir çərçivəsində eyni gündə Yasamal və Nərimanov rayonlarında 2 həyətdə şahmat yarışlarına, Xəzər rayonunda isə minifutbol yarışına başlanılıb.
Paytaxtın rayonlarında yeni istifadəyə verilmiş «Abad məhəllələr»də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxtın rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə keçirilən minifutbol və şahmat üzrə turnirlər 2 mərhələdə - rayondaxili və şəhər final mərhələsi üzrə keçiriləcək. Ümumilikdə hər iki mərhələ üzrə keçiriləcək minifutbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmənin ( ümumilikdə 1500 nəfər) iştirakı nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info