ABŞ Türkiyədən icazə istəyir: Qara dənizə döyüş gəmiləri göndəriləcək
Tarix: 06.12.2018 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


İqor Korotçenko: “Birləşmiş Ştatlar üçün Qara dənizdə daimi əsasda hərbi iştirak, orada öz bayrağını nümayiş etdirmək siyasi məsələdir”


Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasındakı gərginliklə əlaqədar Qara dənizə döyüş gəmiləri göndərməyə hazırlaşdığını bildirib. CNN televiziyasının Pentaqon nümayəndələrinə istinadən bildirir ki, bu addımlar Ukrayna ilə Rusiya arasında Azov dənizindəki böhrana cavab olaraq atılacaq. Xəbərdə həmçinin qeyd edilir ki, Pentaqon ABŞ Dövlət Departamentindən Montrö sazişi çərçivəsində Türkiyədən, boğazlardan Qara dənizə döyüş gəmilərinin keçidi üçün icazə istəyib. Pentaqon Departamentdən xahiş edib ki, bununla bağlı Ankaraya məlumat verilsin.
Mövzu ilə bağlı Anadolu Agentliyinə açıqlamasında Pentaqon sözçülərindən olan Erik Pahon deyib: “Amerika döyüş gəmilərinin yerdəyişməsi və yerləri barədə hər hansı məlumat verə bilmərəm. ABŞ Montrö Konvensiyası çərçivəsindəki öhdəliklərinə tamamilə bağlıdır. Xüsusi diplomatik danışıqların da məzmununu hələlik açıqlaya bilmərik”. Qeyd edək ki, ABŞ hər il onlarla dəfə Montrö Konvensiyası çərçivəsində Türkiyədən keçid istəsə də, bunlardan yalnız bir neçəsinə icazə verilir. Qara dəniz ABŞ-ın Avropa Komandanlığı və 6-cı donanmanın xidmət bölgəsində yer alır. 1936-cı ildə imzalanan Montrö Boğazlar Konvensiyasına görə, Qara dənizə sahili olmayan ölkələr Çanaqqala və İstanbul boğazlarından hərbi gəmilərin keçidilə bağlı Türkiyədən 15 gün əvvəlcədən icazə istəməlidir. Rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib ki, Birləşmiş Ştatlar üçün Qara dənizdə daimi əsasda hərbi iştirak, orada öz bayrağını nümayiş etdirmək siyasi məsələdir. Çünki konvensiyaya əsasən ABŞ orada daimi şəkildə hərbi donanma saxlaya bilməz. ABŞ rotasiya qaydasında olsa belə, həmişə orada mövcud olmağa çalışır: “Bunun səbəblərindən biri budur ki, ABŞ Rusiyaya düşmən münasibəti bəsləyir. Qara dənizə rotasiya qaydasında tez-tez hərbi gəmilər göndərməklə bir növ çəkindirici rol oynadığını göstərməyə çalışır. İndiki situasiyada isə ABŞ bununla Ukraynaya dəstək nümayiş etdirir. Ona görə də Rusiya Qara dənizdə Birləşmiş Ştatların istənilən təxribatına hazırlıqlı olmalıdır. Bizim hərbçilərimiz amerikalılara Qara dənizə özlərini istədikləri kimi apara bildikləri regiona kimi baxmalarına imkan verməyəcəklər”. Rusiya ilə Ukrayna arasında olan insident ATƏT xarici işlər nazirlərinin Milada keçirilən toplantısında da diqqət mərkəzində olub. İtaliyanın xarici işlər naziri Enço Milanezi Ukraynada yaranan vəziyyətlə bağlı çıxış yolları axtarmağa çağırış edib: “Biz təşkilatın fəaliyyət sahəsinə daxil olan ərazilərdə yeni münaqişə ocaqlarının yaranmasına imkan verməməliyik. Ukraynada böhran davam edir. Bu, Minsk razılaşmasının həyata keçirilməsi yolu ilə problemin həll yolunun tapılması üçün çox vacibdir. Bir müddət əvvəl Azov dənizində baş vermiş böhranlı situasiya kimi hallardan çıxış yolları tapmaq imkanında olmalıyıq”. Amerikalı senator Con Barraso da təklif edib ki, ABŞ və NATO hərbi gəmiləri təcili şəkildə Qara dənizə göndərilməlidir. Rusiya Dövlət Dumasının müdafiə məsələləri komitəsinin birinci müavini Andrey Krasov bildirib ki, ABŞ və NATO hərbi gəmilərinin Qara dənizə göndərilməsi qəti yolverilməzdir.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info