Avtovağzal Kompleksində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib
Tarix: 06.12.2018 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, bu mərkəzdə də nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda təqdim olunur.
"Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” – ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.
Yeni açılan mərkəzdə, digər şəbəkələrdən fərqli olaraq “Azercell Express” müştəri xidmətləri bölməsi də fəaliyyət göstərir. Burada “Azercell” abunəçiləri telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə əldə edə bilərlər.
Qeyd edək ki, yeni fəaliyyətə başlayan “Şəbəkə” xidmət mərkəzi sayca doqquzuncudur. Hazırda Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 72, Yasamal rayonu H.Cavid pospekti 19, məhəllə 520, eləcə də, A.M.Şərifzadə küçəsi 124, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 102, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsi 22, eyni zamanda, Cəlilabad şəhəri, H.Əliyev prospekti 270, Zaqatala şəhəri, H.Əliyev prospekti 36, Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında vətəndaşlara müasir standartlara cavab verən xidmətlər göstərilir.
Bütün “Şəbəkə”lər fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda, şənbə və bazar, bayram günləri də vətəndaşların xidmətindədir.
"Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.
Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə ”Şəbəkə” layihəsinə 2017-ci ilin fevral ayından start verilib. Cari ilin 11 ayı ərzində respublika üzrə fəaliyyət göstərən mövcud 8 “Şəbəkə” Xidmət Mərkəzinə 930 min nəfərə yaxın insan müraciət edib. Gələcəkdə ölkənin bütün böyük şəhər və rayonlarında, eyni zamanda, paytaxtda yeni mərkəzlərin açılması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
Qulam İshaqzai: “Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır”
07.12.2018
“Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub
07.12.2018
Könüllülərin həmrəylik festivalı keçirilib
07.12.2018
Səttar Mehbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib
07.12.2018
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info