Bakı Ali Neft Məktəbinin tələbələri İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar
Tarix: 06.12.2018 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycan üzrə qalibi olan və ölkəmizi Edinburqdakı Final yarışmasında da təmsil edən tələbələri öz layihələrilə yenidən qalib olublar. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil edilən İkinci Respublika İnnovasiya Müsabiqəsində tələbələr özlərinin “ThermoNorth” adlı startup layihələrilə birinci yerə layiq görülüblər. Müsabiqənin əsas məqsədi BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi olub. İlkin mərhələdə müsabiqədə ölkə üzrə olan gənc tədqiqatçıların 220 qabaqcıl ideyası – layihəsi təqdim olunub. Onlar arasından Final mərhələsinə cəmi 17 layihə seçilib. BANM-ın tələbələri - Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov, Aleksandr Oborovskiy və onların elmi rəhbəri, BANM-ın dosenti Əmir Rza Vəxşuri müsabiqənin Finalında “ThermoNorth” layihəsilə qalib gəlib və müsabiqənin əsas mükafatı – 5000 AZN məbləğındə pul mükafatı əldə ediblər. Qalib komanda həmçinin UNDP (United Nations Development Program) tərəfindən keçirilən “İstanbul İnnovation Days 2018”-də Azərbaycanı, eləcə də BANM-ı təmsil ediblər. Qeyd edək ki, tələbələr dekabrda Tokioda keçiriləcək “Tran/Sum” Global Transport and Mobility konfransında da həmin layihəni təqdim etmək üçün dəvət alıblar və bu münasibətlə Yaponiyaya səfər edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Azərbaycan alimi beynəlxalq konfransda çıxış edəcək
25.05.2019
Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil işçiləri ilə görüş
25.05.2019
Respublika fənn olimpiadalarının final turu keçirilir
24.05.2019
Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət edib
24.05.2019
6 fənn üzrə olimpiada qalibi, vunderkind Kamil: “11 məşhur universitetin pulsuz təhsil təklifinə “yox” dedim, çünki...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info