Bakıda Gənclərin Beynəlxalq Karyera Forumu keçiriləcək
Tarix: 06.12.2018 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Tələbə və gənclərin sosial inkişafı, karyera bacarıqlarının artırılması, onlar üçün yeni iş imkanlarının, sosial yanaşmaların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) yeni bir maarifləndirici beynəlxalq layihənin icrasına başlamışdır. Bu haqda ADTGT İctimai əlaqələr və informasiya departamentindən məlumat verilib.
Cari ilin dekabr ayından start götürən və 3 ay davam edəcək, gənclərin karyera inkişafı, məşğulluq və iş imkanları sahəsində beynəlxalq təcrübə, informasiya mübadiləsini və şəbəkələşməni nəzərdə tutan bu layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Bakı Konqres Mərkəzində keçiriləcək “Gənclərin Karyera İmkanları: Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumunda Polşa, Rumıniya, Çex Respublikası, Sloveniya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycandan olan gənc lider və ekspertlərin iştirakı nəzərdə tutulur.
“Birlikdə daha yaxşı yaşamaq üçün!” sloqanı altında keçiriləcək Beynəlxalq Forum bu gün aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair geniş müzakirə və təqdimatların təşkilini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, beynəlxalq təcrübə-informasiya mübadiləsini, bu sahədə uğurlu modellərin, o cümlədən, Azərbaycan Modelinin təhlilini, təbliğini və mövzu istiqamətində gənclərin regional şəbəkəsinin qurulmasını özündə ehtiva edəcəkdir.
Rəsmi açılış və bağlanış plenar sessiyaları ilə yanaşı, 4 mövzu üzrə panellərin təşkili, seminar və qruplar üzrə iş tapşırıqlarının aparılması, gənclər işi, gənclərin karyera və məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən müxtəlif hökumət strukturlarında görüşlərin keçirilməsi, Azərbaycanın uğurlu sosial brendlərinə çevrilən ASAN və DOST xidmət mərkəzləri ilə tanışlıq və Bakı Bəyannaməsinin qəbulu da 2019-cu ilin 24-28 yanvar tarixlərində keçiriləcək Beynəlxalq Gənclər Forumunun proqram gündəliyinə daxil edilmişdir.
Layihə çərçivəsində geniş PR fəaliyyəti, sosial media və şəbəkələrdə təbliğati işlər və gənclərin karyera və məşğulluğuna dair 3 dildə (Azərbaycan, ingilis və rus) kitab nəşri də nəzərdə tutulur.
Xatırladaq ki, ADTGT Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və eləcədə digər milli və beynəlxalq donorların dəstəyilə ölkədə və ölkə xaricində çoxsaylı beynəlxalq layihələr icra etmiş və bu uğurlu fəaliyyətinə görə Azərbaycanda və Cənubi Qafqazda ilk QHT olaraq, Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” Mükafatına layiq görülmüşdür.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info