“İaşə müxalifətini” daha sosial şəbəkələrdə də izləmirlər
Tarix: 06.12.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Avropa ölkələrində siyasi mühacir statusu almaq, oturum əldə etmək üçün sosial şəbəkələr üzərindən radikal paylaşımlar edən iki müxalifətçi arasında olan qalmaqal, elə bu düşərgənin özünə böyük zərbə vurdu. Əslində, müxalifət düşərgəsinə inam hələ 90-cı illərdən itmişdi. Özlərini “cəsarətli”, “qəhrəman” kimi göstərməyə çalışan yeni qüvvələr-xaricdə yaşayan bir qrup radikal gənc maskalanaraq, bu inamı bərpa etməyə çalışdılar. Reallıqda isə onların hərəkətləri kütləni çaşdırmağa cəhd idi. Amma son olaylar bir daha maskaları cıraraq real durumu ortaya qoydu. Bəlli oldu ki, əslində, hər şey onların dediyi, göstərdiyi, təqdim etdiyi kimi deyilmiş... Xırda sosial problemlər-hansısa kənd yolunun palçıqlı olması, Bakıda bir qəsəbəyə müvəqqəti suyun verilməsinin dayandırılmasından tutmuş, icazəsiz, qanunsuz mitinq keçirməyə cəhd edənlərin qanuni qaydada saxlanılmasına qədər şişirdib, fərqli formatda sosial şəbəkə istifadəçilərinə təqdim edən bu oyunbazlar sonda bir-birilərini ifşa etdilər. Uzun müddət idi ki, yazırdıq, ayrı-ayrı ölkələrdə olan siyasi oyunları-kənar müdaxilələri misal çəkib, bu adamları ifşa edirdik ki, heç də hər şey söyüşcül dəstənin göstərdiyi kimi deyil, elə onlar özləri də göründükləri kimi deyillər. Onları nə xalq, nə cəmiyyət, nə Vətən, nə də ümumilikdə Azərbaycan maraqlandırmır. Sadəcə olaraq, “siyasi laboratoriya siçanları” kimi bəzi radikal mühacirlər üzərində təcrübələr aparılır, bir qrup gəncə pullar ayıraraq Azərbaycanda ictimai fikrə, kütlənin, xalqın iradəsinə, dövlətə olan inamına təsir etmək imkanları, bunun mümkünlüyünü yoxlayırdılar. Bu il seçki ili olduğu üçün belə anormal gəncləri daha çox təsir altına saldılar. Sonda , bir sıra ərəb ölkələrindən fərqli olaraq, bizdə ictimai fikrə təsir etməyin mümkün olmadığını görən bu antiazərbaycan dairələr “qrant ipini” kəsməli oldular. Uzun müddət əldə oynadılan bu oyuncaq müxalifət nümayəndələri indi yerə elə bərk çırpılıblar ki, pul, qrant, yeni-yeni vəsait axtarışları üçün bir-birilərinin ətini didirlər. Buna son misal kimi, Məhəmməd Mirzəli və Tural Sadıqlı arasında olan məlum davanı göstərmək olar. Bu dava müvəqqəti olaraq bitsə də sosial şəbəkələrdə ayrı-ayrı statuslarda hər iki tərəf hələ də qınaq obyekti kimi xatırlanır. Ən çox sual olunan və qınanılan məsələ isə budur ki, əgər Məhəmməd Mirzəli iddia etdiyi kimi Tural Sadıqlının xaricdən yüz minə yaxın qrant almasını və fırıldaqçı olduğunu bilirdisə, niyə zamanında onunla əlaqəni kəsmədi, indi öz payını ala bilmədiyi üçün Sadıqlını söyüş hədəfinə çevirdi? Eləcə də Tural Sadıqlı Məhəmməd Mirzəlinin söyüş söyə-söyə mübarizə aparan, guya onların adını batıran biri olduğunu görürdüsə, niyə zamanında onu öz dəstəsindən uzaqlaşdırmadı? İndi Mirzəli tərəfindən ifşa olunduqdan sonra belə qərar verib... Ən nəhayət, hər ikisi fikirlərində səmimidirlərsə, o zaman niyə belə sirr-sözlərini, dava-qovğalarını görüşüb öz aralarında həll etmədilər? Deməli hər ikisi də fırıldaqçılıqla və yaxud da müxalifət adı ilə pul qazanmaqla məşğul olurmuşlar.
Görünən odur ki, bütün bu olaylar onlara elə ağır zərbə vurdu ki, indi sosial şəbəkələr üzərindən daha bu dəstənin üzvlərini izləyən, dəstəkləyən o, az kütlə də qalmadı. Buna misal olaraq Məhəmməd Mirzəlinin idarə etdiyi “Made in Azerbaijan” adlı səhifənin son günlər etdiyi paylaşımlarını da göstərmək olar. Təsəvvür edin ki, bu adam yeni layihəyə başladığını bəyan edərək, yeni verilişlə geri dönüş edəcəyini göstərən status yazır və bir gün içində həmin statusa cəmi 14 bəyənmə gəlir... Digər məqam isə bəyənmə sayının surətlə aşağı düşdüyünü görən Məhəmməd Mirzəli hiyləgər gedişlər edərək siyasi səhifə kimi açdığı və idarə etdiyi bu səhifədə bayağı paylaşımlar etməyə başlayıb-hansısa bayağı türmə şairinin videosu, psixoterapevt haqqında şəkil yayır və s.
Nə oldu? Mövzumu azaldı? Ölkədə tənqid olunub, şişirdiləcək mövzulardan söz açmaq daha sərf etmirmi? Bir sözlə,belələri nə qədər cildlərini dəyişsələr də, onların əsl mahiyyəti gec-tez cəmiyyətə bəlli olur.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info