Ümummilli liderin xatirəsi xarici tələbələrlə birgə yad edilib
Tarix: 06.12.2018 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən həmişə bizimləsən” adlı tədbir keçirilib. Xarici tələbələrlə iş üzrə dekanlığın hazırladığı tədbirdə hazırlıq kursunun əcnəbi tələbələri iştirak ediblər. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra xarici tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olub. Vurğulanıb ki, Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.Rektor,ulu öndərin ideyalarının Azərbaycanda, o cümlədən muxtar respublikadakı uğurlarından bəhs edərək tələbə-gəncləri ulu öndərin siyasi irsini layiqincə öyrənməyə və yaşatmağa çağırıb.
“Xarici tələbələrin Naxçıvan Dövlət Universitetində təhsili” adlı çıxışında Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Ceyran Quliyeva qeyd edib ki, universitetdə hazırda 486 nəfər xarici tələbə təhsil alır. Türkiyə, İran, Nigeriya, Banqladeş, Qana və Gürcüstandan olan tələbələrdən 254-nəfəri universitetin hazırlıq kursunun dinləyicisi, 220 bakalavr, 10 magistr, 2 nəfəri isə doktorantura səviyyəsinə aiddir. Ali təhsil ocağında xarici tələbələr üçün mövcud şəraiti dəyərləndirən dekan bildirib ki, tələbələr universitetdən kənarda da keçirilən tədbirlərdə fəal iştirak edib diplom və mükafatlara layiq görülürlər. Diqqətə çatdırılıb ki, muzeylərə təşkil edilən ekskursiyalarda vaxtaşırı olaraq xarici tələbələrin də iştirakı təmin olunur.
Müalicə işi ixtisası üzrə IV kurs tələbəsi Şehriban Sarıhan “Ümummilli lider Heydər Əliyev xarici tələbələrin gözü ilə” adlı çıxışında ulu öndəri türk dünyasının böyük lideri Mustafa Kamal Atatürklə eyniləşdirib. Ulu öndərin gənclər siyasətindən söhbət açan tələbə qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.
Tədbir xarici tələbələrin ümummilli liderə həsr etdiyi bədii kompozisiya ilə davam edib. Tələbələrin bədii qiraəti, maraqlı musiqi nömrələri tədbiri daha yaddaqalan edib.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır
08.12.2018
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib
07.12.2018
Şəkinin daha bir kəndinə təbii qaz verilib
07.12.2018
Ali təhsil ocağında kitab təqdimatı keçirilib
07.12.2018
6 mindən çox istehlakçının işıq problemi həll olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info