“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
Tarix: 06.12.2018 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Dekabrın 6-da Qusar Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı ikigünlük seminar-treninq öz işinə başlayıb. Tədbirdə DQİDK və RİH-in rəhbər şəxsləri, eləcə də rayon məktəblərinin
direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayondakı dini durum, eləcə də dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verən RİH-in nümayəndəsi Telman Kazımov maarifləndirmə tədbirlərinin keçirilməsini yüksək qiymətləndirib. Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxışında dövlət-din
münasibətləri istiqamətində görülən işlərdən, ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən danışıb. Bildirib ki, dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılması, eləcə də cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən
ibarətdir. Respublikamızda dini radikalizmə qarşı aparılan tədbirlərdən də söhbət
açan sədr müavini dini maarifləndirmə metodunun səmərəliliyinə diqqət çəkib. Vurğulayıb ki, mütərəqqi din elə təbliğ oluna bilər ki, insanlarda ona qarşı ikrah hissi yaranar, yaxud yüksək səviyyədə aparılan təbliğat nəticəsində qeyri-insani prinsiplərə söykənmiş inancların gerçək mahiyyəti gizlədilə bilər. Cəmiyyətin dinlərə
münasibətinin formalaşmasında təbliğatın çox böyük rolu olduğunu söyləyən G.İsmayılov din adından danışan “dinpərəstlərin” insanlar arasında ayrı-seçkilik salmasının, onları qruplaşdırmasının yolverilməz olduğunu bildirib. Qeyd edib ki, bəzən insanların nəinki başqa dinlərdən, hətta, öz etiqadının mahiyyətindən xəbəri olmur. Belə bir vəziyyətdə maraqlı və məkrli qüvvələrin dindən öz məqsədlərinə uyğun sui-istifadə etməsi hallarına rast gəlinir. Dinlərin sülhyaratma, dialoq və əməkdaşlıq imkanlarından maksimum istifadənin önəminə toxunan sədr müavini bunun din adından danışanların təsir dairəsinin zəifləməsinə, onların zərərsiz və əhəmiyyətsiz qüvvəyə çevrilməsinə səbəb olduğunu deyib. Daha sonra çıxış edən Qusar rayon Təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev dini radikalizmi yaradan dini, ictimai və psixoloji səbəblər və onun fəsadları barədə danışıb. Vicdan azadlığı pərdəsi altında
qeyri-insani ideyaların yayılmasının qarşısının alınmasının vacibliyinə
diqqət çəkib. Müzakirələrlə davam edən seminar-treninq dekabrın 7-də öz işini davam
etdirəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info