“Azərbaycan Kikboksinq Federasiyası bu xətti uğurla davam edirir”
Tarix: 06.12.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


24-26 dekabr 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xətai Boks Arenasında “BAKU OPEN-2018” kikboksinq çempionatı keçiriləcək. Turnirin qala və final gecəsi 26 dekabr 19:00 tarixində baş tutacaq. Bu barədə məlumatı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov verib. “Dünya arenasında daha böyük və güclü peşəkar və həvəskar kikboksinq turniri təşkil edəcəyik. Əsas məqsədimiz Azərbaycan kikboksçularını dünyada tanıdılmasına nail olmaqla yanaşı, hər il dünyanın ən güclü kikboksçularını Bakıda görməkdir. Həm də ölkəmizi təbliğ etməkdir. Bu gün ölkəmizin təbliğatında idman böyük rol oynayır. Federasiya prezidenti, millət vəkili Adil Əliyev çıxışlarında da ölkəmizin təbliğatını xüsusi diqqətdə saxlanılmasının vacibliyini bildirir. Azərbaycan Kikboksinq Federasiyası bu xətti uğurla davam edirir. Bu gün kikboksçularımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Bu turnirlər onların peşəkarlaşmasına xidmət edir. Bütün dostlarımızı, idmansevərləri həmin tədbirdə görmək istəyirik. Açılış mərasimində incəsənət xadimlərimiz yaxından iştirak edəcəklər. İndidən hər kəsə öz dərin təşəkkürümü bildirirəm”.

Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna yekun vurulub
09.12.2018
İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub
09.12.2018
“Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub
08.12.2018
Türkiyə Superliqası: “Qalatasaray” komandası öz meydanında xal itirib
08.12.2018
Qurbanov istefa verdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info