Ceyhun Hacıbəylinin varisləri Bakıda bir sıra görüşlər keçiriblər
Tarix: 06.12.2018 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Azərbaycana gələn Ceyhun Hacıbəylinin varisləri bu gün Bakıda bir sıra görüşlər keçiriblər. C.Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəyovun və Niyazinin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına tər güllər düzülüb, “Əbədi məşəl” abidəsi ehtiramla yad olunub.
Şəhidlər Xiyabanını ziyarət etdikən sonra qonaqlar jurnalistlərin suallarını cavablandırıb. Fransada mühacir həyatı ilə bağlı xatirələrdən danışan Benjamin Hacıbəyli Bakıya sonuncu dəfə 12 il bundan əvvəl gəldiyini qeyd edib. O, Bakının çox dəyişdiyini və inkişaf etdiyini bildirib. Şəhərimizin çox gözəl olduğunu deyən B.Hacıbəyli burada müasir binalarla yanaşı, tarixi abidələrin də diqqət çəkdiyini vurğulayıb.
Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe isə qeyd edib ki, səfər çox mənalıdır və görüşdən məmnunluq duyur.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində olan qonaqlara qurumun fəaliyyəti, onun yerləşdiyi binanın tarixi, Azərbaycanın məşhur şəxsiyyətləri haqqında məlumat verilib.
Ceyhun Hacıbəylinin varisləri gün ərzində Üzeyir Hacıbəyovun Ev Muzeyini ziyarət edib, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində görüş keçirib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar dekabrın 9-dək bir sıra tarixi yerlərdə olacaq, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
Qulam İshaqzai: “Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır”
07.12.2018
“Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub
07.12.2018
Könüllülərin həmrəylik festivalı keçirilib
07.12.2018
Səttar Mehbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib
07.12.2018
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info