Şahnazaryan erməni vətəndaşlarını hakim rejimə səs verməməyə çağırıb
Tarix: 06.12.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Ermənistanda 9 dekabr tarixində keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərinə hazırlaşan "Biz" bloku, Ermənistan Respublikaçılar Partiyası, İşıqlı Ermənistan Partiyası nümayəndələri tərəfindən bir sıra məsələlərə toxunulmuşdur. Bu məsələlər içərisində ən önəmli yeri Qarabağın taleyi və Rusiya ilə münasibətlər məsələsi tutur. Belə ki, "Biz" blokunun şanslarına toxunan Kokobelyan, mövcud hökumətin və müxalifətin yeganə ideoloji rəqibi olduğunu söyləyib. "Biz ERP-ni rədd edirik və bugünkü hakimiyyətə qarşı çıxırıq. Digər siyasi qüvvələrdən fərqli olaraq biz, məsələn, qaz qiymətlərində 30 faiz azalma kimi vacib məsələləri qaldırırıq. Niyə başqa qüvvələr bu barədə söhbət açmırlar? Çünki onlar Rusiyaya və bu gün hakimiyyətə bağlıdırlar? Onlar keçmiş cinayət hakimiyyətində əzilməklə məhdudlaşırlar ", - deyə Xaçatur Kokobelyan bildirib.
Digər bir "Biz" blokunun tərkibində olan Azad Demokratlar partiyasının nümayəndəsi Artak Zeynalyanın sözlərinə görə, onlar öz siyasi qüvvələrini və liderlərini tanıyırlar. "Biz bu vəzifəni yerinə yetirdik. Biz fikirlərimizi tanıtmağa müvəffəq olduq. Onlar yeni bir şey deyil, hər kəs onlardan xəbərdardır və onlar Qərb dəyərlərinə əsaslanır ", - deyə Zeynalyan əlavə edib. "Biz" blokunun nümayəndələrinin açıqlamalarından aydın olur ki, gələcəkdə formalaşacaq hökümətin Rusiya dəyərlərindən uzaqlaşıb Qərb dəyərlərinə əsaslanan daxili və xarici siyasət reallaşdırmasının tərəfdarıdırlar.
İşıqlı Ermənistan partiyasını lideri Edmon Marukyan isə xalqı bu seçkilərdə daha yüksək səviyyədə iştirak etməyə çağırdı. Və bildirdi ki, insanlar qorxmamlıdırlar bu seçkilərda daha çox insan iştirak etməlidir. Həmçinin ERP-nin dövrünün bitdiyini söyləyən Marukyan xalqı daha cəsarətli olmağa və seçkilərdə aktiv iştirak etməyə səslədi.
Görünən odur ki, bu seçkilərdə bir çox partiya və "Biz" bloku ERP-yə qarşı birgə mübarizə aparırlar və hər vəchlə çalışırlar ki, Serj Sərkisyanın partiyası bu parlamentdə təmsil olunmasın. Bütün bunların müqabilində isə ERP-nin siyahı üzrə 3-cü namizədi olan Davit Şahnazaryan Paşinyana qarşı sərt fikirlər səsləndirib. Xatırladaq ki, Davit Şahnazaryan hökumətə xəyanətdə ittiham olunduğu üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
Şahnazaryan çıxışı zamanı hüquq mühafizə orqanlarının olmadığını və onların Paşinyanın maraqlarını müdafiə edən cəza quruluşları olduğunu bildirib. Həmçinin o, baş nazirin və onun tərəfdarlarının vəziyyətini qiymətləndirərək, çılpaq cisimlər və yeləkləri olmayan, Qarabağda nə edəcəyini bilməyən biri kimi təqdim edib. Şahnazaryan erməni vətəndaşlarını hakim rejimə səs verməməyə və verəcəyi hər bir səsin, Qarabağ üçün bir vuruş olacağını bildirib. Belə olan təqdirdə onları Ermənistan vətəndaşı hesab etmir. O, həmçinin polis, təhlükəsizlik işçiləri və hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərini hökumətin agenti olmamağa çağırıb. "Onlarla eyni davranma. Dövləti bir inqilab adlandıran bu pisdən qoruya bilərsiniz. Bu, dövlətimizə və Qarabağımıza hazırlanan ən böyük pisdir "- deyə Şahnazaryan əlavə edib.
Bir sözlə, hazırda Ermənistanda seçkilərə hazırlıq prosesini ERP-yə qarşı digər partiya və blokların mübarizəsi kimi qiymətləndirə bilərik. Xüsusilə də seçki kampaniyası zamanı partiyalar tərəfindən müzakirə olunan əsas predmet Qarabağdır. Köhnə rejim Qarabağ amilini əlində əsas rəhbər tutaraq az da olsa parlamentdə təmsil olunma şanslarını təmin etməyə çalışır. Fikrimcə, bu ERP-nin "sudan çıxmış balıq" kimi son çırpınışlarıdır.

Analitik Ehtiram Aşırlı




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Ermənistandakı seşkilər ümummilli fayda prinsipinə çevrilmədi
09.12.2018
İrəvana əlavə polis qüvvələri yeridilib
09.12.2018
David Şahnazaryan: “Bu, Ermənistan tarixində ən utançverici seçki kimi tarixə düşəcək“
09.12.2018
Ermənistandakı secki pozuntularına artıq yerli polis müdaxilə etməyə başlayıb
09.12.2018
“Ermənistanın sabiq prezidentinin həbsi seçkilərlə bağlı deyil“

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info