İsrail ilə innovasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Tarix: 06.12.2018 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


6 dekabr 2018-ci ildə Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasında Azərbaycan-İsrail İnnovasiya üzrə “dəyirmi masa” keçirilib. Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edərək, İsrail ilə innovasiya sahəsində əməkdaşlığın Azərbaycan üçün prioritet təşkil etdiyini vurğulayıb. Tədbirdə İsrail İnnovasiya Nazirliyinin Asiya Sakit okean bölməsinin baş direktoru Cənab Avi Luvton çıxışında iki ölkə arasında innovasiya sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb. Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və qlobal bazara çıxış potensialı olan Azərbaycan startapları təqdimatla çıxış ediblər. Sonda iki ölkə arasında innovasiya sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə atılacaq birgə addımlar barədə fikir mübadiləsi aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Azərbaycan neftinin bir barrelinin qiyməti 4 dollardan çox artıb
08.12.2018
OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
07.12.2018
Azərbaycanda ilk: aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək
07.12.2018
SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib
07.12.2018
Təbii resursların mərkəzləşdirilmiş reyestri yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info