278 şəxs güzəştli mənzilə sahib olub
Tarix: 06.12.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb


Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında sentyabrın 5-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 324 mənzildən 278-nin alqı-satqısı başa çatıb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, güzəştli şərtlərlə əldə edilmiş 278 mənzildən 57-si 1 otaqlı, 146-sı 2 otaqlı, 75-i isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 61-i mənzili öz vəsaiti hesabına, 217-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Mənzilləri əldə etmiş vətəndaşlardan cəmi 2 faizi “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22 faizə qədər yüksəlib. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar agentlik tərəfindən əlavə endirimlərdən yararlanaraq 1 otaqlı mənzil üçün 26 min 959 manat (endirimdən əvvəl bu məbləğ 29 953 manat olub), 2 otaqlı mənzil üçün 42 min 896 manat (endirimdən əvvəl bu məbləğ 47 min 661 manat olub), 3 otaqlı mənzil üçün 59 min 405 manat (endirimdən əvvəl bu məbləğ 66 min 6 manat olub) ödəniş ediblər.

Bununla yanaşı, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq olunub. Həmin şəxslərdən 39 faizi minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10 faiz həcmində əlavə endirimlə mənzilə sahib olub. Nəticədə, 1 otaqlı mənzil üçün 88, (360 ay müddətinə; satış elanında 1 otaqlı mənzil üçün 129-136 manat aylıq ödəniş qeyd olunub), 2 otaqlı mənzil üçün 135 (360 ay müddətinə; satış elanında 2 otaqlı mənzil üçün 203-236 manat aylıq ödəniş qeyd olunub), 3 otaqlı mənzil üçün isə aylıq ödəniş 200 manatdan (252 ay müddətinə; satış elanında 3 otaqlı mənzil üçün 282-288 manat aylıq ödəniş qeyd olunub) başlayır.
Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər və məcburi köçkünlər üstünlük təşkil edir. Ümumilikdə, mənzil alanların 58 faizinin yaşı 35-ə qədərdir. Yaxın vaxtlarda mənzillərin sahiblərinə təhvil verilməsi planlaşdırılır.
Vətəndaşlar tərəfindən rəsmiləşdirilməsindən imtina olunan mənzillərin sayı isə 46-dır (12-si 1 otaqlı, 28-i 2 otaqlı, 6-sı 3 otaqlı). Həmin mənzillər növbəti elanda təkrarən yeni mənzillərlə birlikdə satışa çıxarılacaq.
İmtinanın səbəbləri seçdiyi mənzilin otaq sayı və mərtəbəsi ilə bağlı qərarını sonradan dəyişdiyinə görə (15 nəfər), ailənin gəliri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaiti hesabına almağa kifayət etmədiyinə görə (21 nəfər), “Gənc ailə” (35 yaş) statusunu itirdiyindən güzəştli ipoteka krediti verilmədiyinə görə (6 nəfər), yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə (63 yaş və yuxarı, 2 nəfər), ailə vəziyyətinə görə (2 nəfər) olub.
Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info