“Dünyayı geziyorum“ verilişinin heyəti Azərbaycanı ziyarət edib
Tarix: 06.12.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Türkiyənin məşhur televiziya verilişi Azərbaycanın turizm bölgələrinə həsr olunmuş silsilə verilişlərini başa çatdırıb

Türkiyənin “Kanal 7” televiziya kanalının məşhur layihələrindən sayılan və tanınmış aparıcı Özlem Tuncanın təqdimatı ilə yayımlanan "Dünyayı geziyorum" verilişinin heyəti Azərbaycanı ziyarət edib. Hər həftənin bazar günü “Türk Hava Yolları”nın sponsorluğu ilə yayımlanan verilişdə nəqliyyatdan tutmuş Azərbaycan mətbəxinə qədər maraqlı görüntülər lentə alınıb, ölkənin turizm imkanları barədə ətraflı məlumat verilib.
Verilişin biri Azərbaycanın paytaxtı Bakı şəhərinin görməli yerləri və tarixi məkanlarına həsr olunub.
Bakını Qafqazın Dubayı adlandıran aparıcı Bakıda ilk dəfə şəhər turuna çıxdığını bildirib və qeyd edib ki, Bakı – müasir memarlıq üslubu və tarixi məkanları ilə daim turistlərin diqqətini özünə cəlb edən şəhərdir. Məsələn, Bakının müasir simvollarından biri olan “Alov qüllələri”, qədim İçərişəhər haqqında məlumat verən aparıcı İçərişəhərin onda xoş bir təsir bağışladığını vurğulayıb.
“Dünyanı geziyorum”un yaradıcı heyəti Bakıda yerləşən türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.
“Türk Hava Yolları”nın Bakı ofisinin rəhbəri Seyfulla İlyas sözügedən verilişin qonağı olub və Türkiyədən Azərbaycana həyata keçirilən uçuşlar barədə məlumat verib.
Onun sözlərinə görə, gün ərzində Atatürk hava limanından Bakıya 4 dəfə, Sabiha Gökçəndən isə həftədə 3 dəfə uçuşlar yerinə yetirilir. Noyabrın 8-də açılan Yeni İstanbul Aeroportundan ilk uçuşlardan biri məhz Bakıya olduğunu deyən Seyfulla İlyas onu da bildirib ki, 2019-cu ilin yanvar ayında Ankaradan, yay aylarından etibarən isə Antalyadan Bakıya birbaşa aviareyslər açılacaq.
Aparıcının “artıq 3 il “Türk Hava Yolları”nın Bakı ofisinə rəhbərlik edən Seyfulla İlyas özünü Bakıda necə hiss edir?” sualına şirkətin rəsmisi cavab verib: “Bizi bilrləşdirən, Türkiyəyə bənzər milli və mənəvi dəyərlər mövcuddur. Eyni zamanda, Bakının özünə məxsus xüsusi cəhətləri var. Hər kəsi bu şəhəri ziyarət etməyə çağırıram”.
Bakıdan sonra verilişin heyəti Gəncə, Qobustan, Lahıc (İsmayıllı), Qəbələ, Şamaxı və Qala Arxeoloji-Etnoqrafik Muzey Komleksindən də xüsusi çəkiliş aparıb.




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
Qulam İshaqzai: “Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır”
07.12.2018
“Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub
07.12.2018
Könüllülərin həmrəylik festivalı keçirilib
07.12.2018
Səttar Mehbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib
07.12.2018
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info